Yusuf Dikeç () – tapança yarışlarında iştirak edən türk idman atıcısı. O, Türkiyə Jandarma İdarəsinin kiçik zabit heyətinin istefada olan əməkdaşı və "Jandarma Gücü" idman klubunun üzvüdür.

Erkən illəri Yusuf Dikeç 1973-cü ildə Qəhrəmanmaraş ilinin Göksun rayonunun Taşoluk kəndində anadan olub. İbtidai təhsilini kəndlərində aldıqdan sonra orta təhsilini Göksunda bitirib. 1994-cü ildə Ankarada Jandarma Hərbi Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra onbaşı rütbəsində Mardində xidmətə başladı. 1999-cu ildə Dikeç Jandarma Hərbi Məktəbinə daxil olur və bir ildən sonra çavuş rütbəsində məzun olur. O, bir il İstanbulda xidmət edib, sonra Türkiyə Jandarma İdarəsinin Ankaradakı "Jandarma Gücü" idman klubuna təyin olunub. 2001-ci ildə idman atıcılığı ilə məşğul olmağa başlayıb. O vaxtdan etibarən Dikeç milli komanda ilə yanaşı, hərbi milli komandada da mübarizə aparır.

Ankarada Qazi Universitetində bədən tərbiyəsi və idman təhsili alıb.

İdman karyerası O, bir neçə dəfə Türkiyə çempionu olub və müxtəlif kateqoriyalar üzrə tapançadan atəş açma üzrə ölkə rekordçusudur.

2006-cı ildə Norveçin Rena şəhərində keçirilən CISM Hərbi Dünya Çempionatında Yusuf Dikeç 597 xal toplayaraq 25 m məsafədən mərkəzdən alışma tapançasından atəşaçma yarışında dünya rekordunu təzələdi.

Dikeç Tailandın Banqkok şəhərində keçirilən 2012 ISSF Dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapança ilə atəşaçmada bürünc medal qazanıb.

O, 2012 Yay Olimpiya Oyunlarında 10 m məsafədən pnevmatik tapançadan atəşaçma yarışında iştirak hüququ qazanmışdı. Həmçinin, 50 m məsafəyə tapança ilə atəşaçma yarışında da iştirak etsə də, finala yüksələ bilməyib.

İyulun 21-dən avqustun 4-dək Xorvatiyanın Osiyek şəhərində keçirilən 2013 Atıcılıq üzrə Avropa Çempionatında o, 25 m-dən standart tapança və 25 m mərkəzdən alışma tapançası ilə atəşaçma yarışlarının hər ikisində qızıl medal qazandı. O, həmçinin komanda yoldaşları Fatih Kavruk və Murat Kılınçla birlikdə komanda hesabında birinci yarışda gümüş, ikincidə isə yenə qızıl medal qazandı. 50 m məsafəyə atəşaçma yarışında isə digər komanda yoldaşları Ömər Alimoğlu və İsmail Keleşlə birlikdə gümüş medal qazandı.

2021-ci ildə Xorvatiyanın Osiyek şəhərində keçirilən Atıcılıq üzrə Avropa Çempionatında o, komanda yoldaşları Sərdar Dəmirəl və İsmail Keleş ilə birlikdə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada komanda yarışında bürünc medal qazandı.

O və komanda yoldaşı Şevval İlayda Tarhan 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 10 metr məsafəyə pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında finalda Serbiya komandasına uduzaraq gümüş medal qazanıb. Bu hadisədə o, atışa sadə yanaşması ilə viral oldu: o, heç bir gözlə görünən iri qoruyucu vasitə, qoruyucu linza və ya blinder taxmamışdı. O, həmçinin hər iki gözü açıq və boş əlini cibinə qoyaraq atəş açmışdı.

Nailiyyətləri Təmsil etdiyi ölkə: 2003 2003 Avropa Hərbi atıcılıq çempionatı Plzen, Çexiya2-ci 2004 2004 Avropa Hərbi atıcılıq çempionatı Ankara, Türkiyə2-ci 2005 XV Aralıq dənizi oyunları Almeriya, İspaniya2-ci 10 m pnevmatik tapança 585 2005 Balkan atıcılıq çempionatı Rumıniya2-ci 2006 Beynəlxalq Hərbi İdman Şurası Rena, Norveç1-ci 25 m mərkəzdən alışma tapançası 597 Dünya Rekordu2007 2007 Hərbi Dünya Oyunları Heydərabad, Hindistan2-ci 25 m sürətli atış tapançası Hərbi Olimpiada Braziliya2-ci2010 Beynəlxalq Hərbi İdman Şurası Zaqreb, Xorvatiya3-cü 25 m sürətli atış tapançası2011 2011 ISSF Dünya çempionatı Münxen, Almaniya1-ci 10 m pnevmatik tapança 687.3 2011 ISSF Dünya çempionatı Vrotslav, Polşa3-cü 10 m pnevmatik tapança 682.92012 2012 ISSF Dünya çempionatı Münxen, Almaniya3-cü 10 m pnevmatik tapança 686.5 2012 ISSF Dünya çempionatı Banqkok, Tailand3-cü 10 m pnevmatik tapança 684.5 2012 Avropa Çempionatı Vierumaki, Finlandiya2-ci 10 m tapança 2012 Avropa Çempionatı Vierumaki, Finlandiya2-ci 10 m tapança komanda yarışı 2013XVII Aralıq dənizi oyunlarıMersin, Türkiyə2-ci 10 m pnevmatik tapança 5771-ci 50 m tapança 5552013 Avropa atıcılıq çempionatıOsiyek, Xorvatiya1-ci 25 m mərkəzdən alışma tapançası 5901-ci 25 m mərkəzdən alışma tapançası komanda yarışı 1,7411-ci 25 m standart tapança2-ci 25 m standart tapança komanda yarışı2-ci 50 m tapança komanda yarışı 1,665 2021 2021 Avropa atıcılıq çempionatı Osiyek, Xorvatiya3-cü 10 m tapança komanda yarışı 2024 2024 Yay Olimpiya Oyunları Paris, Fransa2-ci 10 m pnevmatik tapança qarışıq komanda yarışı

İstinadlar

Xarici keçidlər Yusuf Dikec at Olympics.com Paris 2024

Kateqoriya:Olimpiyada gümüş medalı olan Türkiyə idmançıları Kateqoriya:2023 Avropa Oyunlarında atıcılar Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2019 Avropa Oyunlarında atıcılar Kateqoriya:2015 Avropa Oyunlarında atıcılar Kateqoriya:Qazi Universitetinin məzunları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1973-cü ildə doğulanlar Kateqoriya:Atıcılıq üzrə Avropa çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2022 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:2018 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:2013 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar