Ceymi Hyulet (; ) — Birləşmiş Krallıqdan olan komik buk artisti, illüstrator. O, rok qrupu Blur-un frontmeni Deymon Albarn ilə birlikdə virtual qrup Gorillaz-ın əsasını qoymuşdur. Ceymi həmin bu layihədəki işinə görə ad çıxarmışdır.
Ceymi Hyulet 1988-ci ildə tələbə yoldaşı Alan Martin ilə "Tankçı qız" (Tank Girl) adlı komiks seriyasını yaratmışdır. Sözügedən bu komiks ilk olaraq yeni istedadlı komiksçiləri üzə çıxarmaq məqsədi daşıyan "Deadline" adlı jurnalda dərc edilmişdir. Bu komiks sonralar müstəqil formada nəşr olunub.
Ceymi Hyulet mahnı çalıb-oxumasa da, Gorillaz üçün əvəzsiz işlər görmüşdür. O, özünəməxsus bədii töhfələri ilə virtualda mövcud olan bu qrupun uğurunda mühüm rol oynamışdır.
Həyatı
Həmçinin bax İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ dizaynerləri Kateqoriya:Komiks rəssamları