Leyvey (; ) — Çin əsilli İslandiya müğənnisi. O, 2020-ci illərdə yayımladığı ingilis dilli caz-pop janrındakı mahnılarına görə tanınır.

Leyvey 15 yaşında İslandiya Simfonik Orkestrinin tərkibində violonçel çalmışdır. O, 2014-cü ildə "Iceland's Got Talent" müsabiqəsinin finalçısı və 2015-ci ildə "The Voice Iceland"ın yarımfinalçısı olub. 2021-ci ildə o, Bostondakı Berkli Musiqi Kollecini başa vurub. 2022-ci ildə debüt studiya albomu olan "Everything I Know About Love"-ni çıxarıb, hansı ki, ABŞ və İslandiya hit-paradlarına düşüb. O, 2022-ci ildə özünün sayca ikinci studiya albomu olan "Bewitched"-i yayımlayıb. Sözügedən alboma görə Leyvey "Ən yaxşı pop vokal albomu" kateqoriyasında "Qremmi" mükafatı qazanıb. Bu albomdan sinql kimi buraxılan "From the Start" mahnısı Kanada, Yeni Zelandiya və ABŞ musiqi hit-paradlarına düşərək müsbət nəticə göstərib.

Həyatı Leyvey Lin Binq Yonsdottir 23 aprel 1999-cu ildə İslandiyanın paytaxtı Reykyavikdə anadan olub. Atası island, anası Quançjoudan olan çinlidir. Onun anası skripka çalır və babası Lin Yaoji Çindəki musiqi konservatoriyasında skripkaçılıq üzrə dərs deyirdi ki, bu da onun musiqiyə olan sevgisinə təsir edib. Leyveyin özü kimi skripkaçı olan və yaradıcılığında kömək edən Cunia Lin Yonsdottir adlı əkiz bacısı var. Leyvey, iki il müddətinə ABŞ-nin Vaşinqton şəhərində yaşamışdır. 2008-ci ildə o, yenidən doğma şəhəri Reykyavikə qayıtmış və təhsilinə Háteigsskoli məktəbində davam etmişdir. Leyvey dörd yaşında piano, səkkiz yaşında isə violonçel dərsləri almışdır. 2018-ci ildə o, Reykyavik Musiqi Kollecindən məzun olnuşdur və eyni zamanda orada müğənnilik təhsili də alırdı. O, Reykyavik və Vaşinqtonda böyümüş, həmçinin uşaq yaşlarıda bir neçə dəfə Çinin paytaxtı Pekinə səyahət etmişdir.

Leyvey 15 yaşında olarkən İslandiya Simfonik Orkestrində solist kimi violonçel ifa edirdi. O, 2014-cü ildə "Ísland Got Talent" istedad müsabiqəsində iştirak etmiş və yarışmanın finalına qədər yüksəlmişdir. Növbəti il o, "The Voice Iceland" mahnı müsabiqəsinə qatılaraq yarımfinala kimi çatmışdır. O, həmin müsabiqə tarixində indiyədək iştirak etmiş ən gənc mübarizəçi idi.

Leyvey 2021-ci ildə Berkli Musiqi Kollecini fərqlənmə ilə başa vurmuşdur. O, kollecdən prezident təqaüdü də qazanıb. Leyvey 2023-cü ildən etibarən Los-Anceles şəhərində yaşayır.

Diskoqrafiya Studiya albomları Everything I Know About Love (2022) Bewitched (2023) Canlı albomlar A Night at the Symphony (2023) Mini-albomlar (EP) Typical of Me (2021) The Reykjavík Sessions (2022) A Very Laufey Holiday! (2022) Christmas with You (Norah Jones ilə) İstinadlar

Xarici keçidlər

Kateqoriya:İslandiya müğənniləri Kateqoriya:İslandiya musiqiçiləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Musiqi