Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun Qaraağaclı qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır.

Toponimikası Yaşayış məntəqəsi 1918–1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial–demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871–1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959–1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı).

Coğrafiyası və iqlimi Kənd Ceyrançöldə yerləşir.

Əhalisi Əhalisinin sayı 947 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalinin əsası azərbaycanlılardır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Samux rayonunun kəndləri