State Street Corporation — Baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən maliyyə xidmətləri və bank holdinq şirkətidir. Şirkət 25 iyun 1792-ci ildə təsis edilmişdir. Bu şirkət ABŞ-da daimi fəaliyyət göstərən ikinci ən qədim bank hesab olunur. Şirkətin baş ofisi Bostondakı One Lincoln Street-də yerləşir.
State Street aktivlərinə görə ABŞ-ın ən böyük bankları siyahısında 15-ci yerdə dayanır. Şirkət 2023-cü ildə idarəsi altında olan (; ) 3,9 trilyon ABŞ dolları və nəzarət və rezerv (; ) altında olan 43,3 trilyon ABŞ dolları ilə dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətlərindən biri hesab olunur. Bu bank qiymətli kağızlar xidmətləri göstərən dünyanın ən böyük kastodial bankıdır və eyni zamanda da Maliyyə sabitliyi şurası tərəfindən sistematik olaraq əhəmiyyətli bir bank kimi tanınmışdır. BlackRock və The Vanguard Group ilə bərabər, State Street korporativ ABŞ-da hakim olan üç əsas indeks fond menecerindən biri hesab olunur.
Şirkət adını XVIII əsrdə Bostonun inkişaf edən dənizçilik paytaxtına çevrilməsi ilə "Dənizə gedən böyük küçə" kimi tanınan Bostondakı State küçəsindən götürmüşdür.
İstinadlar
Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər