Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır.

Zəmin 1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur. 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir. 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir.

Döyüş Baş vermiş bu böhranı çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.

İstinadlar

Kateqoriya:Ağrı üsyanları Kateqoriya:1930-cu ildəki münaqişələr Kateqoriya:1930-cu ildə Türkiyə