– Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir.

Həyatı Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi. 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir.

Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş, burada konstitusiya haqqında mühazirələr vermişdir. 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir. 1889-cu ildə nəşr olunmuş əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.

Takata birincisi 1891-ci ildə olmaqla 6 dəfə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmiş, Saytama prefekturasını təmsil etmişdir. 1915-ci ildə Yaponiya Perlər Palatasına seçilmişdir. Xarici İşlər Naziriliyinin Ticarət Bürosunun baş direktoru və Təhsil Nazirliyinin müşaviri vəzifələrini tutmuş, Okuma kabinetində (1914–1916) Yaponiyanın təhsil naziri kimi fəaliyyət göstərmişdir. Takata pedaqoq kimi tanınmışdır. Başda Vaseda Universiteti olmaqla, özəl universitet menecmenti üzrə işlər görmüşdür. O, 1907-ci ildə universitetin provostu, 1921-ci ildə üçüncü müşaviri təyin olunmuşdur. 1928-ci ildə Yaponiya İmperator Akademiyasına qəbul edilmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya pedaqoqları Kateqoriya:Vaseda Universitetinin müəllimləri Kateqoriya:Yaponiya siyasətçiləri