və ya digər adı ilə – Yaponiyanın Aomori prefekturasının Kanaqi bölgəsində yerləşən ev-muzey. Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur.
Tarixi Ev-muzey Yaponiya yazıçısı Osamu Dazainin uşaqlığının bir hissəsini keçirdiyi malikanədə yerləşir. Tikili yazıçının atası Qenemon Tsuşima tərəfindən tikdirilmiş, tikintisi 21 iyun 1907-ci ilin tamamlanmışdır. Osamu Dazai 1909-cu ildə bu malikanədə doğulmuşdur. Malikanə İkinci Dünya müharibəsindən sonra Tsuşima ailəsi tərəfindən satılmış, 1950-ci ildə yazıçının romanının şərəfinə adlandırılmış "Şayokan" mehmanxasına çevrilmişdir. Osamu Dazai ilə əlaqəsinə görə bir çox şəxs mehmanxananı ziyarət etməyə gəlmişdir.
Mehmanxana regionun əsas görməli yerlərindən biri kimi tanındığı üçün 1996-cı ilin martında keçmiş Kanaqi qəsəbəsinin rəhbərliyi malikanəni satın almış, əvvəlki vəziyyətinə gətirmiş və 17 aprel 1998-ci ildə Osamu Dazaiyə həsr olunmuş muzey kimi açılmışdır. 10 dekabr 2004-cü ildə tikili Yaponiyanın əhəmiyyətli mədəni mülkü statusu almışdır.
Xüsusiyyətlər İrimoya üslubunda dama malik malikanənin birinci mərtəbəsində 11 otaq, ikinci mərtəbəsində 8 otaq yerləşir. Malikanənin tikintisində Aomori sidrindən istifadə olunmuşdur. Malikanədə düyü anbarı, fəvvarə və bağ yerləşir.
Muzeydə Osamu Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir. Muzeydə sərgilənən tökmə qab yazıçının həyat yoldaşı tərəfindən yazılmış "Osamu Dazai xatirələri" əsərində Dazainin sevimli əşyalarından biri kimi göstərilmişdir.
Qalereya
İstinadlar
Xarici keçidlər Dazai Muzeyinin rəsmi saytı (arxivləşdirilib)
Kateqoriya:1998-ci ildə yaradılmış muzeylər Kateqoriya:Osamu Dazai Kateqoriya:Aomori prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı ədəbiyyat muzeyləri Kateqoriya:Yaponiyadakı bioqrafik muzeylər Kateqoriya:Qoşoqavara Kateqoriya:Yaponiyanın əhəmiyyətli mədəni mülkləri