Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir.

Toponimikası Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər.

Tarixi

Tarixi abidələri Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi382Məscid XVII əsrYanıqlı kəndiMemarlıqÖlkə5191Qala Qeyd olunmayıbYanıqlı kəndiMemarlıqYerli5192Körpü XVII əsrYanıqlı kəndi,Zəyəm çayının üzərindəMemarlıqYerli5193Türbə kompleksi (3 ədəd) XVII əsrYanıqlı kəndiMemarlıqYerli6052Qəbiristanlıq Orta əsrlərYanıqlı kənindənşimaldaArxeolojiYerli

Coğrafiyası və iqlimi Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199917748938812009↗2130↗1087↗1043

İqtisadiyyatı

Mədəniyyəti Kənddə Yanıqlı kənd kitabxana filialı, Yanıqlı kənd klubu, Yanıqlı poçt şöbəsi (AZ6039) fəaliyyət göstərir.

Təhsil Kənddə Araz Hüseynov adına Yanıqlı kənd tam orta məktəbi və Yanıqlı kənd 2№-li tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Yanıqlı kənd uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Yanıqlı kənd xəstəxanası yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Yanıqlı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri