Sidik axarları ()-sidik-ifrazat sisteminə aid cüt orqandır. Silindrəbənzər boru şəklində olub, böyrək ləyənindən başlayır və sidikliyə açılır. Sidik axarının uzunluğu 25–30 sm, eni 7–9 mm (bəzi mənbələrdə 5–8 mm), ən dar yeri 3–4 mm-dir. Sağ sidik axarı sola nisbətən 2–3 sm qısa olur.

Quruluşu Sidik axarları gedişinə görə 3 hissədən ibarətdir: qarın hissə (), çanaq hissə (), divardaxili hissə ().

Hissələri

Qarın hissə Böyrəklərdən hüdudi xəttə () qədər olan hissədir. Burada sidik axarları böyük çanağa keçir.

Çanaq hissə Böyük çanaqdan sidikliyə qədər olan hissədir. Burada sidik axarları sidikliyə daxil olur.

Divardaxili hissə Sidikliyin divarında yerləşən hissədir. Bu hissə mexaniki sfinkter rolunu oynayır, uzunluğu 1,5–2,0 sm-dir. Sidikliyi çəpinə dəldiyinə görə sidik sidiklikdən sidik axarlarına qayıda bilmir.

Əyrilikləri Böyrək əyriliyi ()- böyrək qapısından 5–8 sm aşağıda yerləşir.

Kənarı əyrilik ()- Sidik axarının qarın hissəsinin çanaq hissəyə keçən yerində, hüdudi xətt səviyyəsində yerləşir.

Çanaq əyriliyi ()- kiçik çanaq boşluğunda yerləşir

Daralmaları Sidik axarında əyriliklərə uyğun 3 daralma ayırd edilir: Böyrək ləyənindən, sidik axarının başlandığı yerdən 7–8 sm aşağı Qarın hissənin çanaq hissəyə keçən yerində Çanaq hissədə sidikliyə daxil olan yerində Daralmalar olan yerdə sidik axarının diametri 3–4 mm-ə çatır.

Peritona münasibəti Sidik axarları peritonarxası orqanlardandır.

Divarının quruluşu Sidik axarlarının divarı selikli qişa (), selikaltı əsas(qat) (), əzələ qişası () və xarici adventisiyadan () təşkil olunmuşdur.

Selikli qişa Selikli qişada zəif boylama büküşlər görünür. Bu qişanın keçid epiteli 6–8 hüceyrə qatından ibarət olur. Əsasən, kollagen və elastik liflərin olduğu birləşdirici toxumadan ibarət xüsusi səhfədə bəzən limfa düyüncükləri rast gəlinir.

Selikaltı əsas Selikli qişanın əzələ səfhəsi olmadığından xüsusi səfhə selikaltı əsasa keçir. Sidik axarlarının aşağı hissələrində bu qatda kiçik borulu alveollu vəzilər aşkar olunur.

Əzələ qişası Əzələ qişası sidik axarlarının yuxarı 2/3 hissəsində 2 qatda- daxili boylama və xarici sirkulyar qatlarda yerləşmiş saya əzələ hüceyrəsi dəstələrindən ibarətdir. Aşağı 1/3 hissəsində əzələ qişası 3 qatdan təşkil olunub: xarici və daxili boylama, orta sirkulyar qatlar. Sidik axarlarının əzələ qişası yuxarıda böyrək ləyəninin əzələ qişası ilə sıx rabitədə olur. Aşağıda isə sidikliyin əzələ qişasından tamamilə ayrlır. Böyrək ləyənindən sidik axarlarına keçən peristaltik hərəkətlər böyrək ləyənində toplanmış sidiyi sidikliyə ötürür.

Adventisiya qişası Sidik axarlarını xaricdən örtür və peritonaltı piy qatında itir. Lifli birləşdirici toxumadan ibarətdir. Elastik liflərlə zəngindir.

Yaş xüsusiyyətləri Yenidoğulmuşlarda sidik axarının uzunluğu 5–7 sm-ə qədərdir. Bundan əlavə sağ sidik axarı sola nisbətən 0,2–0,5 sm qısa olur. Uşaq doğulduqdan sonra sidik axarının uzunluğu sürətlə dəyişir. Belə ki uşağın 6 aylığında sidik axarının uzunluğu 9,1 sm, 2 yaşında 14–15 sm-ə, 22–28 (bəzi mənbələrdə 25–30) yaşlarında yaşlılardakı uzunluğuna çatır. Uşaqlarda sidik axarının diametri kiçik olur, daralmaları zəif nəzərə çarpır. 8 yaşında onlar yetkinlərdəki nisbətdə olur.

Vaskulyarizasiya və innervasiyası

Mənbə

İstinadlar

Kateqoriya:İfrazat Kateqoriya:Böyrəklər