Saqit Lütfəli oğlu Ramiyev (; ) — tatar şairi. Həyatı 1880-ci il fevralın 12-də Akman kəndində (indiki İbraevo kəndi, Kuqərsen rayonu, Başqırdıstan) çardaq ustası ailəsində anadan olub. Təhsilini "Hüseyniyyə" tatar mədrəsəsində və Orenburqdakı rus məktəbində alıb. 1902-1906-cı illərdə müəllim işləmiş, sonra Kazana köçmüş və orada “Tan yoludızı” qəzetində işləməyə başlamışdır. 1912-1813-cü illərdə Həştərxanda işləyib. 1922-ci ildən Ufada yaşayıb.
“Tan vakıtı” (Sübh çağı; tatar xalqının taleyi haqqında) nəsr poemasını yazmışdır. Onun “Sən”, “O”, “Bər koşe” lirik şeirləri, “Nizamlı mədrəsəsi” (Nümunəvi mədrəsə), “Yaşə, Zөbəaidə, yaşim min” (Canlı, Zübeydə, mən də yaşayıram) pyesləri vardır. Ramiyev tərcümələrlə də məşğul olub - Lev Tolstoyun, Nikolay Nekrasovun, Demyan Bednının, Raffaello Covanyolinin bir sıra əsərlərini, həmçinin “Marselyeza” əsərini tatar dilinə tərcümə edib.
İstinadlar
Xarici keçidlər Краткая литературная энциклопедия
Kateqoriya:Rusiya şairləri Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XX əsr tərcüməçiləri