və ya Art Labo Fukui – Yaponiyanın Fukui şəhərində yerləşən incəsənət muzeyi.

Tarixi Muzey binası 1993–1996-cı illərdə tikilmiş və Kişo Kurokava tərəfindən dizayn edilmişdir. Muzey 1997-ci ildə açılmışdır.

Xüsusiyyətlər Muzey bir yeraltı mərtəbədə, üç yerüstü mərtəbə və bir penthauz mərtəbəsindən ibarətdir. Burada uşaq və vətəndaş atelyelələri, auditoriya, kafe, daimi və xüsusi sərgi zalları, giriş zalı yerləşir. Muzey binasının sahəsi 3147,75 m², muzeyin ümumi döşəmə sahəsi 5262,84 m² təşkil edir. Muzey ictimai parkda yerləşir.

Muzey sərgisinin əsasını fukuili heykəltaraş Hiroatsu Takatanın işləri təşkil edir. Muzey "Simbioz konsepsiyası" mövzusu üzrə yaradıldığı üçün binanın eksteryeri şüşədən tikilmişdir. Bu, həm də sənətçilərin əsərlərinin çöldən də görünməsi üçün nəzərdə tutulmuşdur. Muzey binası şüşədən hazırlandığından yayda günəşin binanı qızdırmaması üçün 13° bucaq altında tikilmişdir. Muzey yaşıllıq və gölməçə ilə əhatə olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1997-ci ildə yaradılmış muzeylər Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri Kateqoriya:Fukui prefekturasındakı muzeylər Kateqoriya:Fukui