İdarəetmə uçotu — təşkilatın idarəetmə səviyyəsi (daxili istifadəçilər — menecerlər) üçün həmçinin təşkilatın fəaliyyəti ilə bağlı qərarlar qəbul etmək, vacib olan məlumat və göstəriciləri müəyyən etmək, ölçmək, toplamaq, qeyd etmək, şərh etmək, ümumiləşdirmək, hazırlamaq və təqdim etməyin nizamlı sistemi. İdarəetmə uçotunun əsas vəzifəsi təşkilatın hansı vəziyyətdə olduğu və əməliyyat səmərəliliyini artırmaqla yanaşı mövcud resursların necə bölüşdürülməsi lazım olduğu sualına cavab verməkdir.
Tərifi İdarəetmə uçotunun sadə təriflərindən biri — menecerlər tərəfindən qərar qəbul etmək üçün maliyyə və qeyri-maliyyə məlumatlarının təqdim edilməsidir. Başqa sözlə, idarəetmə uçotu təşkilat daxilindəki direktorlara qərar qəbul etməkdə kömək edir. Xərclər uçotu kimi də tanınmaq olar. Həmçinin biznes məqsədlərinə çatmaq üçün məlumatları ayırd etmək, öyrənmək, deşifrə etmək və rəhbərlərə çatdırmaq üçün qısa yoldur.(Burns, Quinn, Warren & Oliveira, Management Accounting, McGraw-Hill, London, 2013) Toplanmış məlumatlar maliyyə xərcləri və təşkilat tərəfindən qəbul edilən qərarlarla müəyyən edilərək biznes məsələləri ilə bağlı mühasibat uçotunun bütün sahələrini əhatə edir. Mühasiblər təşkilat daxilində əməliyyatların ümumi strategiyasını ölçmək üçün planlardan istifadə edirlər.
İstinadlar
Ədəbiyyat Kurt Heisinger and Joe Hoyle, Managerial Accounting, . James R. Martin, Ph.D., CMA, Management And Accounting Web.
Xarici keçidlər CAM-I Consortium for Advanced Manufacturing–International AICPA Financial Management Center – resource for CPAs working in business, industry and government Institute of Management Accountants – resource for management accountants (CMAs) working in industry Chartered Institute of Management Accountants International Federation of Accountants The Accounting Adventurista Management Accounting The Institute of Cost Accountants of India
Kateqoriya:Mühasibat uçotunun növləri Kateqoriya:İdarəetmə uçotu Kateqoriya:Mühasibat uçotu terminologiyası