Aşağı Şurtan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.

Tarixi 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur.Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası Tərtər çayının sahilində, Dəlidağın ətəyindədir.

Əhalisi 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. С. 22

İstinadlar

Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri