Last Dance () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış mahnı. 29 aprel 2021-ci ildə "Universe" tətbiqi üçün tanıtım sinqlı kimi buraxılmışdır. Mahnının sözləri Soyon və Kriz tərəfindən yazılmışdır.
Buraxılması 2020-ci ilin noyabrında "NCSoft" və filialı "Klap" K-pop əyləncə tətbiqi olan "Universe"i buraxacağını açıqlamışdır. 16 noyabrda "(G)I-dle" bu platforma qoşulan beşinci sənətçi olmuşdur. Tətbiq 28 yanvar 2021-ci ildə buraxılmışdır.
"(G)I-dle" platforma üçün 19 aprel 2021-ci ildə "Last Dance" tanıtım sinqlını buraxacağını açıqlamışdır, lakin "Universe" mahnını mart ayından etibarən qrupdan ayrılmaq ərəfəsində olan Sucin olmadan buraxmağa qərar vermişdir. Mahnı və mahnının klipi fevralda hazırlandığından Sucin də ilkin mahnı və klipdə yer alırdı. Bu səbəbdən mahnının kompozisiyası və sözləri dəyişdirilmiş, musiqi klipi yenidən işlənmişdir. Sucin qrupdan ayrılmış olsa da, musiqi klipində bəzi səhnələri qalmışdır.
Mahnı üçün klip 29 apreldə buraxılmışdır. Klipdə qrup üzvləri qaranlıq meşədə bir kompası təqib edirlər və təcrübələrlə məşğul olurlar. Bu, qrupun altı üzvlə çıxış etdiyi son klip olmuşdur.
Musiqi və sözlər "Last Dance" dip-hauz pop janrında olan mahnıdır. Mahnının sözləri qrupun lideri Soyon və mahnı yazarı Kriz tərəfindən yazılmışdır. Mahnı qaranlıq cadugər konsepsiyasına malikdir. Mahnının davametmə müddəti 3 dəqiqə 4 saniyədir.
Mükafatlar +Mükafatlar İl Təşkilat Kateqoriya Nəticə 2021 Asiya Pop Musiqi Mükafatı Ən yaxşı aranjimançı (xarici)
İstinadlar
Xarici keçidlər YouTube-da klipi
Kateqoriya:I-dle mahnıları Kateqoriya:2021-ci ilin mahnıları Kateqoriya:2021-ci ilin sinqlları