I Am () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ilk minialbom. 2 may 2018-ci ildə rəqəmsal, 3 may 2018-ci ildə fiziki olaraq buraxılmışdır. Əsas sinqlı "Latata" olan alboma 6 trek daxildir.
Buraxılması 5 aprel 2018-ci ildə "Cube Entertainment" növbəti qız qrupununun adını – "(G)I-dle"ı açıqlamışdır. Agentlik qrupun üzvlərini cütlüklə anons etmişdir: 8 apreldə Miyon və Uqi, 10 apreldə Şuhua və Sucin, 12 apreldə Soyon və Minni. 18 apreldə qrupun 2 mayda buraxılacaq "I Am" minialbomu ilə debüt edəcəyi açıqlanmışdır. 23–24 apreldə hər bir üzvü əks etdirən konsepsiya şəkilləri buraxılmışdır.
26 apreldə minialboma daxil olan treklərin siyahısı və əsas sinql "Latata" açıqlanmışdır. 29 apreldə minialbom üçün tizer buraxılmışdır. 30 apreldə "Latata" üçün 6 fərdi musiqi tizeri buraxılmışdır.
Soyon albomu təsvir edərkən "6 fərqli şəxsiyyəti ehtiva edən albom" ifadəsindən istifadə etmişdir: "Mən "Latata" mahnısını yazarkən hər bir üzvünü düşünərək yazmışam".
Tanıtım "(G)I-dle" 2 mayda Blue Square iMarket Zalında "Latata" və "Maze" mahnılarını ifa etmişdir. Qrup "Latata" mahnısını 3 mayda Mnet-in "M Countdown" verilişində tanıtmağa başlamışdır. Qrup 22 mayda 2018-ci ildə SBS MTV-nin "The Show" verilişində ilk musiqi verilişi qalibiyyətini əldə etmişdir.
Qəbul Albom 9 may 2018-ci ildə "Billboard"un dünya albomları hit-paradında 5-ci yerə yüksəlmişdir. 2018-ci ilin avqustuna qədər Amerikada 1000 nüsxəsi satılmışdır. "I Am" "Billboard"un 2018-ci ilin ən yaxşı K-pop albomları siyahısında 11-ci yeri tutmuşdur.
Trek siyahısı
İstinadlar
Kateqoriya:I-dle minialbomları Kateqoriya:2018-ci ilin debüt minialbomları