Leonard Oçman () — Amerikalı rəssam.
Həyatı Oçman 1854-cü il oktyabrın 21 — də Niderlandın Zonmaire şəhərində anadan olub.The National Cyclopaedia of American Biography. Vol. VI. James T. White & Company. 1896. pp. 468–469. Retrieved December 1, 2020 – via Google Books. Ailəsi 1866-cı ildə Nyu-Yorkun Albani şəhərinə köçüb.Chisholm, Hugh, ed. (1911). "Ochtman, Leonard" . Encyclopædia Britannica. Vol. 19 (11th ed.). Cambridge University Press. p. 990.
Leonard Oçman 27 oktyabr 1934-cü ildə Konnektikut ştatının Qrinviç şəhərindəki evində vəfat edib."Leonard Ochtman Landscape Artist Dies At 80 Years". Hartford Courant. Greenwich, Connecticut. AP. October 28, 1934. p. 31. Retrieved December 1, 2020 – via Newspapers.com.
Yaradıcılığı Gənc yaşlarından başlayaraq Oçman Albanidəki ağac emalı firmasında rəssam kimi çalışıb. 1879-cu ildə Oçman Albanidən Nyu-Yorka köçüb və burada həmkarı rəssam Çarlz İtonla birlikdə qalıb. O 1879-cu ildə Nyu-Yorkun İncəsənət Tələbələri Liqasında həm öyrənib, həm də dərs verib."Leonard Ochtman". Schwarz Gallery Philadelphia. Retrieved February 6, 2013. Oçman 1882-ci ildə Milli Dizayn Akademiyasında çəkdiyi əsərləri sərgiləyib.Chisholm, Hugh, ed. (1911). "Ochtman, Leonard" . Encyclopædia Britannica. Vol. 19 (11th ed.). Cambridge University Press. p. 990. O 1886-cı ildə Avropaya səyahət edib və burada Hollandiya Haaqa Məktəbinin rəssamları olan Ceykob Maris və Anton Mayuvun rəsm əsərlərindən təsirlənib və rəsmlər çəkib. 1887-ci ildə Nyu-Yorka qayıdıb."Leonard Ochtman". Schwarz Gallery Philadelphia. Retrieved February 6, 2013. Oçman 1904-cü ildə Akademik fəaliyyətə başlayıb.Chisholm, Hugh, ed. (1911). "Ochtman, Leonard" . Encyclopædia Britannica. Vol. 19 (11th ed.). Cambridge University Press. p. 990. 1912-ci ildə Oçman heykəltəraş dostu Edvard Klark Potter Qrinviç ilə bərabər Rəssamlar Cəmiyyətini və Brüs Muzeyini qurdular. Oçman 1912-ci ildə cəmiyyətin birinci vitse-prezidenti olub. 1916–1932-ci illərdə cəmiyyətin prezidenti və Brüs Muzeyinin ilk sənət kuratoru kimi fəaliyyət göstərib.Shipp, Steve. American art colonies, 1850–1930: a historical guide to America's original art colonies and their artists. Westport, Conn: Greenwood Press. p. 21. OCLC 185705545.
Həmçinin bax Con Viliam Levi Varner Aleksandr Kolder
Xarici keçidlər Leonard Ochtman Ochtman, Leonard, 1854–1934
İstinadlar Kateqoriya:XX əsr ABŞ rəssamları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri