İlyaslar, Elyasalılar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çəpli kənd inzibati ərazi dairəsində kənd.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Tarixi Elyasalılar Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin dilində Ellazalılar variantında işlənən bu oykonim haqqında belə ehtimal edilir ki, Elyasalı (Ellazalı) adlı bir Şəxs XIX əsrdə indiki Gədəbəy rayonunun Anqdam kəndindən gələrək Güneydamı adlanan bu yerdə kəndin bünövrəsini qoymuşdur. Kənd də onun adı ilə adlanmışdır. 1917-ci ildə kəndin adı Ellazallar variantında qeydə alınmışdır. Qeyd edək ki, qazax tayfalarının içərisində ellazalı nəslinin adına təsadüf edilir. Gürcüstanın Bolnisi rayonunda keçmiş El kəndinin 1948-ci ildən adı Elias Sopeli adlanır. Oykonim butun hallarda etnotoponimdirAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007..
Yaylaqlar Qaraqaya yurdu, Ocaq dərəsinin yurdu, Xəlyarlı dərəsinin yurdu, Üçtəpə yurdu, Gölyeri yurdu, Taxtadüz yurd, Kürd güneyi yurdu.
Bulaqlar Yeddibulaq, Üçtəpə bulağı, Buz bulaq, Güney bulağı, Göl bulağı, Qanqallı bulaq, Çoban bulağı.
Məşhur yerlər Gölün güneyi, Üçtəpənin başı, Kürd güneyinin başı.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
İstinadlar
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri