Zakir Məmməd oğlu Əliyev () — Azərbaycan tibb alimi, nevropatoloq. Tibb elmləri doktoru (1987), professor (1989).
Həyatı 1944-cü il 7 iyun tarixində Gornaboy rayonunda dünyaya gəlib.1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977–89-cu illərdə II nevrologiya və tibbi genetika kafedrasında dosent, 1989–92-ci illərdə prof., 1992–2011 illərədə uşaq nevrologiyası kafedrasında müdir vəzifəsində çalışmışdır. 2011-ci ildən ATU nun II Nevrologiya və Tibbi Genetika kafedrasının professoru idi. 2 metodiki tövsiyənin və 85 elmi əsərin müəllifidir. Azərbaycan Nevroloqlar Assosiasiyasının vitse — prezidenti idi. 2021-ci ildə pasiyentləri təhqir etməsi ilə bağlı iddia gündəmə gəlmişdi. 14 oktyabr 2024-cü ildə vəfat etmişdir.
İstinadlar