Şeyx Əli Cəlayır () — sultan Üveys Cəlayırın oğlu, şəhzadə, Bağdad hakimi.
Həyatı 1377-ci ildə qardaşı sultan Hüseyn Cəlayır dövründə Müzəffəri hökmdarı Şah Şücanın Təbrizi tutması zamanı qardaşına hərbi qüvvə ilə kömək etmiş və Şah Şücanın Azərbaycandan çıxarılmasında mühüm rol oynamışdır. Lakin 1379-cu ildə müstəqillik elan etmiş və Hüseyn Cəlayıra tabe olmaqdan imtina etmişdir. 1382-ci ildə Hüseyn Cəlayır öldürüldü və digər qardaşı Əhməd Cəlayır taxta çıxdı.
Həmin il Əhməd Cəlayırın hakimiyyətini qəbul etməyən Şeyx Əli ordu toplayaraq Təbrizə doğru irəlilədi. Təbriz yaxınlığındakı hərbi toqquşmadan sonra Əhməd Cəlayırın əmirlərinin Şeyx Əli tərəfinə keçməsi ilə Əhməd Cəlayir Naxçıvana doğru geri çəkildi.
Naxçıvanda Qaraqoyunlu hökmdarı Qara Məhəmmədin dəstəyi ilə Şeyx Əlinin qüvvələri məğlub edildi və özü də öldürüldü.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1382-ci ildə vəfat edənlər Kateqoriya:Cəlairilər Kateqoriya:Naxçıvanda vəfat edənlər