Doqquz lirik () və ya melik şairlər —ellinistik İsgəndəriyyə alimləri tərəfindən tənqidi araşdırmaya layiq görülən qədim yunan şairlərinin kanonik qrupu. "Palatin antologiyası"nda deyilir ki, onlar lirik mahnı yaratmışlar.J. M. Edmonds – Lyra Graeca (p.3) Wildside Press LLC, 2007 [Retrieved 2015-05-06].

Onlar:

Spartalı Alkman (xor lirikası) Lesboslu Sapfo (monodik lirik) Midilli Alkey (monodik lirik) Teoslu Anakreon (monodik lirik) Metavrlı Stesixor (xor lirikası) Regili İvik (xor lirikası) Keyalı Simonid (xor lirikası) Keyalı Vakxili (xor lirikası) Fivli Pindar (xor lirikası)

Doqquz lirik şair ənənəvi olaraq əsasən xor şeirləri bəstələyənlər və monodik şeirlər bəstələyənlər arasında bölünür. Bu bölgü bəzi müasir alimlər tərəfindən mübahisələndirilir.Cf. esp. M. Davies's "Monody, Choral Lyric, and the Tyranny of the Hand-Book" in Classical Quarterly, NS 38 (1988), pp. 52–64.

İstinadlar

Kateqoriya:Mədəniyyət siyahıları Kateqoriya:Arxaik Yunanıstan Kateqoriya:Qədim Yunanıstan şairləri Kateqoriya:Qədim yunan şairləri