Darquba — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kərgəlan inzibati ərazi vahidində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Coğrafi mövqeyi Darquba kəndi Bəşərü çayının sahilində, Lənkəran ovalığında yerləşir.

Əhalisi Əhalisi 1006 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Kəndin adı XIX əsrə aid sənədlərdə Darğakənd, 1917-ci ildə Darğaoba, 1933-cü ildə isə Darquba variantında qeydə alınmışdır. Talış dilində Daqova kimi tələffüz edilir. Oykonim darğa (etnonim) və oba (el, nəsil, kənd) komponentlərindən düzəlib, "darğalar kəndi" deməkdir. Etnotoponimdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.

Din Kənddə Darquba kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2015-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri