Gərmətük — Azərbaycan Respublikasının Lənkəran rayonunda qəsəbə, Gərmətük qəsəbə inzibati ərazi dairəsinin mərkəzi. Lənkəran çayının sahilində, Lənkəran ovalığındadır. Oykonim yerli əhali tərəfindən Qamətük şəklində tələffüz edilir. Yaşayış məntəqəsinin adı talış dilindəki «qam» (isti) və 'tük' (bicarlıq, çəltik əkilən yer) sözlərindən düzəlib (burada -ə bitişdirici saitdir), "isti yerdə çəltik sahəsi" deməkdir. Burada Əsasən Talışlar yaşayır Azərbaycan Türkləri ilə mehriban
Tarixi 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
İstinadlar
Kateqoriya:Lənkəran rayonunun qəsəbələri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri