Con Desmond Bernal (; ) — İrlandiya–Britaniya fiziki, elm tarixçisi və ictimai-siyasi xadimi. London Universitetinin professoru. Fizika, kristalloqrafiya və biokimya sahəsindəki çalışmaları ilə tanınır. "Elmi-texniki inqilab" ifadəsinin yaradıcısı hesab edilir.
London Kral Cəmiyyətinin, SSRİ Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Macarıstan Elmlər Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının və Böyük Britaniya Kommunist Partiyasının (1923) üzvü. Beynəlxalq Kristalloqrafiya İttifaqının (1963–1966) və Ümümdünya Sülh Şurasının Reyasət Heyətinin prezidenti (1959–1965).
Fəaliyyəti Con Desmond Bernal Kembricdəki Bedford Məktəbində və Emmanuel Kollecində təhsil alıb, burada 1922-ci ildə bakalavr dərəcəsi almaq üçün riyaziyyat təhsili alıb; daha bir il təbiət elmləri oxuyub. O, müstəqil olaraq kosmik qruplar nəzəriyyəsini, o cümlədən Quaternion tənliyini mənimsəyib. Bu biliklər kristal quruluş üzərində sonrakı işlərinin riyazi əsası olub. Universiteti bitirdikdən sonra Londondakı Devi-Faraday Laboratoriyasında Uilyam Breqqin rəhbərliyi altında tədqiqatlara başlayıb. 1924-cü ildə qrafitin quruluşunu təyin edib.
1923-cü ildə Kommunist Partiyasına daxil olsa da 1933-cü ildə ayrılıb. 1939-cu ildə o, elmin sosiologiyasına dair yəqin ki, ən erkən mətn olan "Elmin sosial funksiyası"nı nəşr etdirib. 1953-cü ildə Lenin Sülh Mükafatına layiq görülüb.
O, həm də Malberi Havanının (Körfəzinin) yaradıcısı kimi tanınır. Normadiya əməliyyatının təşkilinə kömək etdikdən sonra, ertəsi gün Normandiyaya enən müttəfiq qoşunlarının sırasında olub. O, həmçinin 1929-cu ildə daimi sakinlər üçün uzunmüddətli ev kimi nəzərdə tutulan kosmik yaşayış növü olan Bernal sferası adlanan sahənin qabaqcılı kimi tanınır. Bütün fəaliyyəti ilə transhumanizm axınının öncülü olub.
Əsərləri
The World, the Flesh & the Devil: An Enquiry into the Future of the Three Enemies of the Rational Soul (1929) Aspects of Dialectical Materialism (həmmüəllif; 1934) The Social Function of Science (1939) The Freedom of Necessity (1949) The Physical Basis of Life (1951) Science and Industry in the Nineteenth Century (1953) World without War (1958) A Prospect of Peace (1960) Need There Be Need? (1960) The Origin of Life (1967) Emergence of Science (1971) The Extension of Man. A History of Physics before 1900 (1972) On History (həmmüəllif; 1980)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İrlandiya alimləri Kateqoriya:Britaniya alimləri Kateqoriya:Britaniya fizikləri Kateqoriya:Britaniya siyasətçiləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Marksistlər Kateqoriya:London Universitetinin müəllimləri Kateqoriya:XX əsr bioloqları