Təndir hamamı – Azərbaycanın Bakı şəhərində yerləşən, XIX əsrə aid tarixi hamam.
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi Təndir hamamı XIX əsrin sonu – XX əsrin əvvəllərində tikilmişdir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Hamam fəaliyyətini dayandırdıqdan sonra baxımsız vəziyyətə düşmüş, dağılmaq həddinə çatmışdır. 2024-cü ildə Mərkəzi Parkın üçüncü hissəsinin yaradılması zamanı bərpa olunaraq əvvəlki vəziyyətə gətirilmişdir.
Xüsusiyyətlər Hamamın ümumi sahəsi 900 kvadrat metrdən çoxdur. İki zaldan ibarətdir.
İstinadlar
Kateqoriya:Bakı hamamları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Yasamal rayonundakı tikililər