Elxanilərin Bitinya səfəri — Bizans-Osmanlı müharibələrinin bir hissəsi. Bu döyüşlərdə Bizans dövləti Elxanilərdən kömək istədi və Elxanilər qoşun göndərərək Osmanlı bəyliyini məğlubiyyətə düçar etdi.

Səfər

1302-ci ildə Qayı boyundan olan I Osman romalıları Bafey döyüşündə ağır məğlubiyyətə düçar edir və Osmanlı bəyliyini yaradır. 1305-ci ildə Bizans imperatoru II Andronik Osmanlı təhlükəsini başa düşür və bəyliyi məğlub etmək üçün Olcaytudan kömək istəyir. Bizans imperatoru II Andronikin xahişi ilə Olcaytu ona 40.000 qoşun göndərəcəyini vəd edir. 1308-ci ildə Olcaytu Bizansa kömək etmək üçün 30.000 Elxani əsgərini Bitiniyaya göndərir. Elxani ordusu Bitiniyada Osmanlı qalalarını və şəhərlərini geri alır və həmçinin I Osmanın dəstəsini darmadağın edir Lakin bu qısa müdaxilə Osmanlıların yüksəlişinin qarşısını kəsə bilmir.

İstinadlar