200px|thumb|right|Xasay xan Usmiyev və həyat yoldaşı Sofiya Yastremskaya Azərbaycan ekzoqam ailələri — azərbaycanlıların digər xalqların, etnik qrupların, tayfaların, dinlərin nümayəndələri ilə nikah bağlaması nəticəsində yaranan ailələr.
Tarixi Ermənilərin əsrlər boyu müsəlman hakimlərinə tabe olması, onların türk tayfa ağsaqqalları ilə əlaqələri və tez-tez türk-erməni-fars nikahlarının baş verməsi nəticəsində ermənilər fars-türk müsəlman mədəniyyətinin elementlərini, məsələn dillərini, adlarını, musiqilərini, qadınlarının cəmiyyətdə itaətkar mövqeyini və bəzi hallarda hətta çoxarvadlılığı qəbul etmişdir.Stepan Lisitsian. Armenians of Nagorno-Karabakh; p. 44 Vərəndə məliki Hüseyn Naxçıvan xanının qızını qaçırmış və onunla evlənmişdir. Bu nikahdan dünyaya gələn II Şahnəzər öz qızı Hurizad xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xanla evləndirərək Qarabağ xanlığı ilə ittifaqını gücləndirmişdir. Erməni müəllifi Raffiyə görə, II Şahnəzər şəxsi həyatında farsların çoxarvadlılıq adətlərini qəbul etmiş, bununla da xristian mənşəli insanların dini hislərinə təsir etmiş, digər məliklərin nifrətinə səbəb olmuşdur. 200px|thumb|left|Əlipaşa Əliyev və gürcü Aleksandranın ailəsi
Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, azərbaycanlılarla yaxın qonşuluq və daimi münasibətə görə tabasaranlılar onların Azərbaycan dialektini mənimsəyiblər və tədricən öz doğma dillərini unudublar.Кавказские языки // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Tabasaranlılarda azərbaycan dilinin güclənməsi müxtəlif səbəblərə, o cümlədən ailə-məişət (ekzoqam nikahlar) əlaqələrinə görədir.Сергеева Г. А. Межэтнические связи народов Дагестана во второй половине XIX–XX вв. (этноязыковые аспекты) // Кавказский этнографический сборник. — Изд-во Академии наук СССР, 1989. — Т. 9. — С. 112. Beləliklə, Tabasaran əhalisinin bir hissəsi (kəndlər: Ərsi, Zil, Gəmeydi, Muqartı, Dərvaq və s.) azərbaycanlılara assimilyasiya olunmuşdur.М. М. Ихилов. НАРОДЫ ЛЕЗГИНСКОЙ ГРУППЫ. 1967 г. Дата обращения: 19 марта 2015. Архивировано 2 апреля 2015 года.
Azərbaycan və kürd dillərinin ortaq şəkildə bilinməsinin inkişafına Azərbaycan kürdləri ilə azərbaycanlı qadınların tez-tez nikaha girməsi öz təsirini göstərib. Bu da iki xalqın etnik olaraq yaxınlaşmasına töhfə verib. Kürd ailəsinə daxil olan azərbaycanlı qadınlar bəzən kürd dilini öyrənirdilər. Buna baxmayaraq, onlar adətən ana dilləri olan Azərbaycan dilində danışmağa davam edirdilər. Kürdlər özləri qeyd edirdilər ki, azərbaycanlı qadınlarla evlənəndə kürd kişilər tez-tez dillərini unutmağa başlayır, belə ailələrin uşaqları da əsasən kürd dilini bilmirdilər.Волкова Н. Г. Этнические процессы в Закавказье в XIX–XX вв. // Кавказский этнографический сборник. — М.: Изд-во АН СССР, 1969. — Т. 4. — С. 45.
XX əsrdə Azərbaycan diaspor şəbəkəsinin gücləndirilməsində qadınlar vacib rol oynamışdır. Azərbaycanlı kişilər İran, Rusiya və Türkiyə ailələrindən qız almış, həyat yoldaşları (azərbaycanlı olub-olmamağından asılı olmayaraq) azərbaycanlı kişiləri sosial əlaqələr və mədəni kapitalla təmin etmişdir. Bunun nəticəsində azərbaycanlı kişilər çox çətin əldə edilən, qərib ölkədə şərait qurmaq məsələsini rahat şəkildə yerinə yetirmişdir.
Azərbaycan ləzgilərində digər xalqlarla, başlıca olaraq, azərbaycanlılarla ailə qurma hallarına rast gəlinir. 1925-ci ildə ləzgilərin türklər (azərbaycanlılar) ilə qurduğu 64 ailə var idi.Статистический справочник по Азербайджану на 1926 год / Под редакцией В. Смирнова. — Баку: Изд. Азербайджанского центрального статистического управления, 1927. — С. 25. 1951–1962-ci illərdə edilən araşdırmaya görə, azərbaycanlılar və ləzgilər arasında kifayət qədər ekzoqam nikahlar bağlanmışdı.Ихилов, 1967, с. 340. Azərbaycanın 1991-ci il statistikasına görə, ləzgilərin beşdə biri (19.2%) digər xalqların nümayəndələri ilə, başlıca olaraq azərbaycanlılarla nikahda idi.Дагестанские народы Азербайджана, 2006, с. 72.
Gürcüstan azərbaycanlılarının etnik kimliklərini qorumaqlarının və assimilyasiyaya məruz qalmamaqlarının səbəblərindən biri də Gürcüstandakı digər xalqlarla ailə qurma ehtimallarının çox zəif olmasıdır. Natalia Volkova. "Ethnic Processes in the Georgian SSR"; p. 17. In: Gardanov, Valentin (ed.). Ethnic and Cultural-Domestic Processes in the Caucasus. Moscow: Nauka, 1978. Xristian-müsəlman nikahlarının sayı digər etnik qruplar arasındakı xristian nikahlarının sayından çox azdır. 2011-ci ilin statistikasına görə, Gürcüstanda gürcü və azərbaycanlının qurduğu ailələrin sayı 2229-dur. Müqayisə üçün, 19325 gürcü-rus, 15013 gürcü-erməni, and 11501 gürcü-osetin ailəsi bu dövrün statistikasında qeyd edilmişdir.Elene Medzmariashvili, Manana Shekiladze, et al. (ed.) How We Lived in Georgia in the Twentieth Century, 2011. p. 40
1980-ci illərin sonlarında Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin ailələri şəhərlərdə ümumi nikahların 14 faizini, kəndlərdə isə 2 faizini təşkil edirdi. Azərbaycan qadınları digər xalqlarla nikah bağlanmasını kişilərin ədalətə sığmayan imtiyazı olaraq görürdü. Bundan başqa, 1993-cü ildə İran hökumətinin aldığı qərara görə, heç bir iranlı kişi dövlətdən icazə almadan Azərbaycan Respublikasından olan qadınla evlənə bilməzdi.
Mədəniyyətdə yeri Azərbaycanlının xristianla eşq yaşaması mövzusu Azərbaycan ədəbiyyatında mövcuddur. XVI əsr "Əsli və Kərəm" dastanı, XIX–XX əsrlərə aid "Bahadır və Sona", "Əli və Nino" əsərləri bu qəbildəndir. Xristian qızlara aşıq olan Azərbaycan ədəbi qəhrəmanlarının adları Əli xan Ziyadoğlu ("Əsli və Kərəm"in Azərbaycan versiyasında Kərəmin həqiqi adı) və Əli xan Şirvanşirdir ("Əli və Nino" qəhrəmanı). "Əli və Nino" romanı azərbaycanlılar tərəfindən qeyri-rəsmi rəmz olaraq "Azərbaycanın milli romanı" hesab edilir.
"Əsli və Kərəm" dastanının XVI əsr Azərbaycan versiyasında Kərəm Gəncə hökmdarı Ziyad xanın oğludur, Əsli isə erməni Qara-keşişin qızıdır. Dini fanatizm gənclərin qovuşmasına imkan vermir və onların ikisi də ölür. Üzeyir Hacıbəyov 1912-ci ildə bu dastan əsasında "Əsli və Kərəm" operasını yazmışdır.Асли и Керем // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.Дадашзаде А. Азербайджанская литература // История всемирной литературы в девяти томах. — М.: Наука, 1987. — Т. IV. — С. 418. Yazıçı Elçin isə "Əsli və Kərəm" dastanı əsasında "Mahmud və Məryəm" romanını yazmış, bu romana əsasən eyniadlı film çəkilmişdir.Məhəbbət haqqında daha bir əfsanə: [Xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilmiş eyniadlı filmin nümayişi haqqında] //Azərbaycan.- 2013.- 1 oktyabr.- S.12.
Kitabi-Dədə Qorqudun "Qan Turalı" boyunda türk qəhrəman xristian hökmdarın qızını alır. Buna baxmayaraq, xristian hökmdar qəhrəmana qarşı düşmənçilik hislərini qoruyub saxlayır və qəhrəmanın həyat yoldaşı ikisi arasındakı mübarizədə öz ərinə bağlılıq göstərir. Tarixdə də Trabzonun Komninlər sülaləsinin türk kürəkənləri ilə münasibətində dastanda təsvir edilən profilə uyğun kişi və qadın şəxsiyyətlərə rast gəlinir, hətta bununla bağlı tarixdə türk kürəkənin məğlub olub öldürüldüyü hallar vardır. "Qan Turalı" ədəbi qəhrəmanı ilə tarixdə oğlunu Trabzon şahzadəsi ilə evləndirən, Ağqoyunlu başçısı Əlaəddin Turəli bəyin (h.i. 1340–1362) eyni adam olması ilə bağlı fikir mövcuddur.
Siyahı
Məşhur ailələr Qarabağ xanının qızı Xurşidbanu Natəvan və qumuq əsilli, Dağıstan zadəganı Xasay xan Usmiyev. Bu ailənin siyasi məqsədlərlə qurulduğu fikirləşilir. Mixail Vorontsov Azərbaycanda üsyanların çıxmasından qorxduğu üçün hər yerə müşahidəçilər qoyurdu və buna görə də Natəvanı öz yavəri Xasay xanla evlənməyə məcbur etmişdi. Natəvan onu sevməmiş və illər boyunca məcburi olaraq onunla yaşamışdır.Джафарзаде, 1961, с. 44. Azərbaycan siyasətçisi Məhəmməd Əmin Rəsulzadə və polyak əsilli Vanda (Leyla) Rəsulzadə. Son İran Şahənşahı Məhəmməd Rza Pəhləvi və onun Azərbaycan əsillli şahbanusu Fərəh Pəhləvi. Onların oğlu olan Rza Pəhləvi keçmiş İran şahlığına iddiaçıdır.Shakibi, Zhand. Revolutions and the Collapse of Monarchy: Human Agency and the Making of Revolution in France, Russia, and Iran . — I. B. Tauris, 2007. — ISBN 1-84511-292-X; p. 90: "In 1959 he (Mohammad Reza) married Farah Diba, who came from a prominent Azeri family."Taheri, Amir. The Unknown Life of the Shah. Hutchinson, 1991. ISBN 0-09-174860-7; p. 160 Azərbaycan əsilli Türkiyə aktyoru Məmməd Karaca və erməni əsilli Türkiyə aktrisası İrma Feleqyan (Toto Karaca). Onların oğlu Cem Qaraca Anadolu roku hərəkatının əsas üzvlərindən biridir. Azərbaycan-sovet müğənnisi Müslüm Maqomayev və rus müğənnisi Tamara Sinyavskaya. Tamara xanım Azərbaycan Respublikasının xalq artistidir (10 sentyabr 2002), Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə, Azərbaycanın "Şöhrət" ordeni ilə, Azərbaycan mədəniyyətinin təbliği sahəsində xidmətlərinə görə, Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilmişdir. Cavanşir-Sarıcalı nəslindən gələn Cahid Camal və rus Şepelev zadəgan soyundan gələn İrina Şapovalova. Heydər Camal və Orxan Camal onların nəslindəndir.
Ailələrin məşhur övladları Ənvər Məmmədov. Atası azərbaycanlı, anası slavyandır.Энвер Мамедов: война и наша Победа – самые значимые для меня события. Сюжет: 85 лет легендарному журналисту Энверу Мамедову (Enver Mammadov: "The war and our Victory are the most important events in life". Topic: 85th birthday of the legendary journalist Enver Mammadov) Lütfi Zadə. Atası İran azərbaycanlısı,Blair, Betty (winter 1994) "Interview with Lotfi Zadeh" Azerbaijan International. "Obstinacy and tenacity. Not being afraid to get embroiled in controversy. That's very much a Turkish tradition. That's part of my character, too" http://azer.com/aiweb/categories/magazine/24_folder/24_articles/24_fuzzylogic.html anası isə yəhudidir."Jews in Computer & Information Science" on the JINFO.org website Vahid Ələkbərov. Atası azərbaycanlı, anası rusdur. Rəşid Meredov. Atası türkmən, anası azərbaycanlıdır. Sam Dastyari. Atası azərbaycanlı, anası mazandaranlıdır. Stalik Xankişiyev. Atası azərbaycanlı, anası isə almandır. Sevdaliza. Azərbaycan, rus və fars əsillidir. Natella Krapivina. Erməni-azərbaycanlı ailəsində dünyaya gəlib. Züleyxa İsmayılova. Atası azərbaycanlı, anası estondur. Timur Rodrigez. Atası azərbaycanlı, anası yəhudi əsillidir. Eddi İsrafilov. Atası anqolalı, anası İradə İsrafilova isə azərbaycanlıdır. Eddi Azərbaycan milli futbol komandasında çıxış etmişdir. Rafael Fiziev. Atası milliyətcə azərbaycanlı, anası isə rusdur. Dmitri Nazarov. Babası azərbaycanlıdır. Karina Aznavuryan. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır.
Filmlərdə ailələrin məşhur övladları Elektra Kinq (en). "Dünya kifayət deyil" filminin obrazıdır. Atası şotland, anası azərbaycanlıdır.
İstinadlar
Ədəbiyyat
Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. — Махачкала: ДФ АН СССР, ИИЯЛ им. Г. Цадасы, 1967. — 370 с. Алексеев М. Е., Казенин К. И., Сулейманов М. Дагестанские народы Азербайджана: политика, история, культур. — М.: Европа, 2006. — ISBN 5-9739-0070-3. Tohidi, N. (2000). "Gender and National Identity in Post-Soviet Azerbaijan: A Regional Perspective". In Gender and Identity Construction. Leiden, The Netherlands: Brill. Sibgatullina, G., & Kemper, M. (2018). Between Salafism and Eurasianism: Geidar Dzhemal and the Global Islamic Revolution in Russia. In A. K. Bustanov, & M. Kemper (Eds.), Russia's Islam and Orthodoxy beyond the Institutions: Languages of Conversion, Competition and Convergence (pp. 91–108). Routledge. https://doi.org/10.4324/9781351022422, https://doi.org/10.1080/09596410.2017.1287485 Джафарзаде А. Хуршид Бану Натаван — поэтесса и художница Азербайджана XIX века // Труды республиканского рукописного фонда. — Баку, 1961. — Т. I.