Aqop Balyan (; ) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.Pamukciyan, Kevork. "Agop Balyan", İstanbul Ansiklopedisi, Haz. Reşat Ekrem Koçu, İstanbul. 1958.
Həyatı Saray memarlarından Karpet Balyanın oğlu olub, 4 avqust 1837-ci ildə İstanbulda dünyaya gəldi. İlk təhsilini tamamladıqdan sonra 1855-ci ildə Parisə göndərildi və burada memarlıq təhsili aldı. 1858-ci ildə memarlıq abidələrini araşdırmaq üzrə getdiyi Venesiyada qardaşı Nikoqos bəyin ölüm xəbərini aldı və dərhal İstanbula qayıtdı. Döndükdən sonra atasının yanında çalışdı və burada təcrübə qazandı. 1866-cı ildə atasının vəfatının ardından böyük qardaşı Sarkislə birlikdə saray memarlığına təyin edildi.
Avedis Bahçevanyanın qızı Pembe xanımla evli olub, xanımının 1873-cü ildə doğuş əsnasında vəfat etməsinin ardından öz səhhəti də pisləşmişdir. Bütün işlərdən əlini çəkən Aqop bəy Avropa şəhərlərini gəzməyə başladı və 12 noyabr 1875-ci ildə Parisdə ikən gənc yaşda vəfat etdi.
Teatr və incəsənətə marağı səbəbilə bir çox sənətkarı və ədibi himayə etdiyi bilinir. 1870-ci ildə Ortaköydəki erməni teatrının binasını inşa etdi. Bir çox fransız ədiblərinin əsərlərini erməni dilinə tərcümə etdirmişdir.
Mənbə
Afife, Batur, Balyan Ailesi. Kişisel Arşivlerde İstanbul Belleği, Taha Toros Arşivi, 1992, s. 1089. Barkev Samuelian. Yüksek Lisans Tezi. Balyan Ailesinin 19. Yüzyılda İstanbul’un dönüşümüne Katkıları. İstanbul Üniversitesi, İstanbul 2020. Hançer, Ethem. Sultanın Mimarları Balyanlar, Atlas, İstanbul, 177, 96–108.2007
İstinadlar
Kateqoriya:Türkiyə memarları