Vilayət — Əhli-beytin vilayəti və rəhbərliyi Şiəlikdə onların fəzilətlərindən sayılır.

Məhəmmədin "Səqəleyn" hədisində Kitaba (Quran) və Əhli-beytə bağlı olmağa dəvət etməsi Şiəlikdə rəhbərliyin Əhli-beytə məxsus olduğunun açıq göstəricisi kimi qiymətləndirilmişdir.Sübhani, Simaye əqaide şie, h.ş 1386, s.231–232 "Səqəleyn" hədisinin bəzi nəqllərində "səqəleyn" yerinə Quran və Əhli-beytdən "xəlifəteyn" deyə bəhs edilmişdir.Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.240; İbn Hənbəl, h.q 1416, c.35, s.456 və 512; Heysəmi, Məcməuz-zəvaid, c.9, s.163; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.9, s.375 və c.18, s.279–281 Bu hədisə əsasən, Əhli-beyt Məhəmmədin xəlifəsi və canişinləridir. Onların canişinliyi hərtərəflidir. Həmçinin hakimiyyət işləri və rəhbərliyə də şamil olur.Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.562

Şiə alimləri qeyd edir ki, Məhəmməd Əlini və Əhli-beytini Qədir-Xum hadisəsində rəhbərliyə və hökumətə təyin etdi.Sübhani, Simaye əqaide şie, h.ş 1386, s.231

Bəziləri məsumluq xüsusiyyətinə əsasən, Məhəmməddən sonra imamət və rəhbərliyi yalnız Əhli-beytə aid hesab ediblər. Onlar həmçinin Əhli-beytə qeyd-şərtsiz itaət etməyin vacib olmasını onların rəhbərliyinin dəlillərindən biri hesab ediblər; Çünki itaət etməyin vacibliyi müsəlmanların həyatına aid olan bütün görülməsi və edilməməsi lazım olan əməlləri, o cümlədən dini, iqtisadi, siyasi və mədəni məsələləri ehtiva edir. Ona görə də Şiəlikdə cəmiyyət və hakimiyyətlə bağlı məsələlərdə onlara itaət etmək vacibdir.Rəbbani Qolpayqani, Əhli-beyt (ə), s.561

Təkvini vilayət Livanın şiə yazıçı və alimlərindən Məhəmməd Cəmil Həmudun dediyinə görə, az sayda şəxslər istisna olmaqla, İmamiyyə alimləri 12 imamların təkvini vilayətinin olmasında həmfikirdirlər.Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.117 Təkvini vilayətdən məqsəd odur ki, bir şəxs Allahın izni ilə yaradılış və təkvin aləmində dəxil olub təsərrüf edə bilər. Məsələn, Allahın izni ilə sağalmaz bir xəstəyə şəfa verə bilər və ya ölü bir insanı dirildə bilər.Məkarim Şirazi, Peyame Quran, h.ş 1386, c.9, s.154; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.118; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.166 Şiə alimlər imamların təkvini vilayəti ilə bağlı hədisləri mütəvatir sayıbHəmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.137; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.168 və onların bir çoxunu sənəd baxımından səhih və mötəbər hesab ediblər.Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.137; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.233

Təşrii vilayət Şiə mənbələrində təşrii vilayət iki mənada işlədilib:

İnsanların mal və canlarına vilayəti (təsərrüfdə üstünlük) olmaq mənasında: Xoyi, Misbahul-fəqahə, h.q 1417, c.5, s.38; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.133; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.111; Həmud, Əl-Fəvaidul-bəhiyyə, h.q 1421, c.2, s.112

Qeyd edilmişdir ki, Məhəmməd və 12 imamların bu mənadakı təşrii vilayətlərində heç bir ixtilaf yoxdur.Xoyi, Misbahul-fəqahə, h.q 1417, c.5, s.38; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.133, 135, 141 Ayətullah Safi onların bu növ təşrii vilayətini dinin zərurətlərindən hesab etmişdir.Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.141

Hökmlər üzərində vilayət və təşrii (qanunvericilik) haqqı mənasında: Sübhani, Mənşure cavid, h.ş 1383, c.10, s.180; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.267–268; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.126; Cavadi Amuli, Şəmime vilayət, h.ş 1383, s.92

Bəzi şiə alimləri bəzi hökmlərdə Məhəmmədin təşrii vilayətinin olmasını qəti hesab ediblər.Mumin, Vilayəte vəliyye məsum (ə), s.115; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.272–273 Lakin şiə alimləri arasında imamların təşrii vilayətinin (qanunvericilik üzərində) isbat olunmasında ixtilaf vardır.

Bəziləri imamları müstəfiz və ya mütəvatir sayılanHüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.343; Amili, Əl-vilayətut-təkviniyyə vət-təşriiyyə, s.60, 61, 63 çoxsaylı hədislərə əsasən, vilayət sahibi və təşri (qanunvericilik) haqqına malik hesab ediblər.Mumin, Vilayəte vəliyye məsum (ə), s.100, 118; Hüseyni Milani, İsbatul-vilayətil-ammə, h.q 1438, s.356; Amili, Əl-vilayətut-təkviniyyə vət-təşriiyyə, s.60 Bunun əksinə, bir qrup qanunvericilik və təşri haqqını yalnız Allaha məxsus hesab edərək Məhəmməd və İmamların təşrii vilayətə sahib olmalarını inkar ediblər.Muğniyə, Əl-Cəvamiu vəl-fəvariq, h.q 1414, s.127–128; Safi Qolpayqani, Vilayəte təkvini və təşrii, h.ş 1392, s.130–132; Fəhri, Əl-Vilayətut-təşriiyyə vət-təkviniyyə, s.384–388 Seyyid Əli Milani bir çox dəlillərə əsasən, imamların təşrii vilayətini sübut etməyi qəti hesab etmişdir.Hüseyni Milani, Ba pişvayane hidayətgər, h.ş 1388, s.383

İtaət Ulul-Əmr ayəsinə (Allaha, Peyğəmbərə və öz əmr sahiblərinizə itaət edin) əsasən, Allaha və Onun elçisinə itaət etməklə yanaşı, Ulul-Əmrə itaət etmək qeyd-şərtsiz vacib hesab edilir.Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.4, s.391 Fəzl ibn Həsən Təbərsiyə görə, İmamiyyə alimlərinin fikrincə, Ulul-Əmrdən məqsəd 12 imamlardırlar.Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100

Əhli-beytə tabe olmağın vacibliyini isbat etmək üçün "Səqəleyn" hədisinə də istinad edilmişdir; Çünki bu hədisdə Əhli-beyt Quranın yanında qərar veriliblər: Bu baxımdan Qurana itaət etmək müsəlmanlara vacib olduğu kimi, Əhli-beytə itaət etmək də vacibdir.Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.97

Hicri-Qəməri təqvimi ilə 4 və 5-ci əsrlərdə yaşamış imamiyyə fəqihi və mütəkəllimi Əbul-Səlah Hələbiyə görə, Məhəmmədin "Səqəleyn" hədisindəki sözləri qeyd-şərtsiz olduğu üçün Əhli-beytə itaət etmək də qeyd-şərtsiz vacibdir. Ona görə də müsəlmanlar Əhli-beytin bütün davranış və danışıqlarında onlara itaət etməlidirlər.Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.97

"Səfinə" hədisi də Əhli-beytə tabe olmaq və itaət etməyin vacibliyinə dəlalət edir; Çünki bu hədisə əsasən, nicat onlara tabe olmaqda, məhv və həlak olmaq isə onlara itaətsizlik etməkdədir.Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.6, s.262, 263 Bu hədisdə Məhəmməd Əhli-beytini Nuhun gəmisi ilə müqayisə etmişdir. Bu bənzətmə haqqında deyiblər ki, kim dində Əhli-beytə üz tutsa, hidayətə qovuşar və nicat tapar. Kim onlara tabe olmasa, yolunu azmış olar.Müzəffər, Əl-İlahiyyat, h.q 1412, c.4, s.108 Mir Hamid Hüseynin fikrincə, bu hədisə əsasən, Əhli-beytə itaət etməyin vacibliyi qeyd-şərtsiz gəlib.Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, h.ş 1366, c.23, s.975

Həmçinin bax Vilayəti-Fəqih

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şiəlik Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam terminləri Kateqoriya:Təsəvvüf