Valyuta cütü () — valyuta bazarında (Forex) bir valyutanın digərinə nisbətdə məzənnəsini göstərən maliyyə alətidir. Valyuta cütləri iki fərqli valyutadan ibarətdir və birinci valyutanın dəyəri ikinci valyuta ilə ifadə edilir. Bazar iştirakçılarının valyuta məzənnələrindən qazanc əldə etməsi və ya riskdən qorunması üçün istifadə olunur.Western Union How to Read Currency Exchange Rates
Valyuta cütləri Forex bazarının əsasını təşkil edir. Onlarla ticarət etmək üçün valyutaların iqtisadi və siyasi vəziyyətini, bazar şərtlərini və texniki analiz metodlarını yaxşı bilmək lazımdır. Valyuta cütlərinin seçimində məqsəd, risk səviyyəsi və ticarət strategiyası əsas rol oynayır.
Quruluşu Valyuta cütləri iki komponentdən ibarətdir:
Əsas valyuta () — valyuta cütünün birinci hissəsini təşkil edir. Bu valyuta "baza" kimi qəbul olunur Kotirovka valyutası () — ikinci valyutadır və əsas valyutanın məzənnəsini göstərir.
Məsələn, EUR/USD cütündə EUR (avro) əsas valyutadır, USD (ABŞ dolları) kotirovka valyutasıdır. Əgər EUR/USD = 1.20-dirsə, bu, 1 avronun 1.20 ABŞ dollarına bərabər olduğunu bildirir.
Baza valyutası
Xüsusiyyətləri Əsas valyuta cütləri daha likviddir, çünki onlara olan tələb yüksəkdir. Eqzotik valyuta cütləri daha dəyişkəndir, bu da potensial qazanc və riskləri artırır. Valyuta bazarı 24/5 fəaliyyətdədir və fərqli vaxt zonalarında aktiv olur.
İstinadlar
Kateqoriya:Valyuta bazarı