Tərəkəmə — yuxarı və aşağı hissələrə bölünən tarixi-coğrafi rayon. Hazırda ərazi Dağıstanın Dərbənd, Qaytaq, Qayakənd və Tabasaran rayonlarının bir hissəsidir. Tarixi Bölgənin əsası XVI əsrin sonlarında Tərəkəmələri Şirvandan buraya köçürən Qaytaq Usmisi Sultan-Əhməd tərəfindən qoyulmuşdur.Очерки истории Дагестана. Институт истории, языка и литературы им. Г. Цадасы, том 1. Дагестанское книжное изд-во, 1957Алиев Б. Г., Умаханов М.-С. К., Дагестан в XV—XVI вв.: вопросы исторической географии, Институт ИАЭ ДНЦ, 2004
Yuxarı Tərəkəmə ərazisinə Ərkit, Canaq, Quli, Mola-kent, Yengikənd , Tumanlar, Çumlı, həmçinin Başlı kəndi daxil idi.
Tərəkəmə camaatının çoxu rəiyyət idi. Hazırda da bu kəndlərin əhalisinin çoxunu azərbaycanlılar təşkil edir.
1820-ci ildə Usmi idarəçiliyi ləğv edildikdən sonra Tərəkəmələrin məskunlaşdığı ərazi rus pristavına tabe olan xüsusi Tərəkəmə ərazisinə çevrildi. Lakin tezliklə yenidən Qaytaq usmiliyinin idarəçiliyinə verildi. 1860-cı ildən Tərəkəmə mahalı Dağıstan vilayətinin tərkibində yaradılmış Qaytaq-Tabasaran dairəsinin Aşağıqaytaq bölməsinin tərkibinə daxil edildi.Гаджиева С. Ш. Дагестанские терекеменцы. XIX — начало XX в. М., «Наука», 1990 1866-cı ildə burada Naib idarəçiliyi tətbiq edildi. 1900-cü ildə isə pristav bölməsinə çevrildi.
1921-ci ildə Qaytaq-Tabasaran dairəsi Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu. Həmin ilin iyulunda rayonun bir hissəsində ayrıca Dərbənd rayonu təşkil edildi.
Tərəkəmələrin əsas hissəsi hələ də Dərbənd rayonunun Bərəkəy, Cəmikənd, Vəlikənd, Gecux, Padar, Məmmədqala, Qala, Səlik, Segelər, Çinar, Qaradağlı, Ullu-Tərəkəmə, Tatlar və Dəliçoban kəndlərində kompakt yaşayır.
İstinadlar
Həmçinin bax Tərəkəmə (Dağıstan) Qaytaq-Tabasaran dairəsi
Xarici keçidlər
Мансуров Муратбек. История села Темираул (XVIII—XX вв.). Махачкала, 1999. — 140 с. Мансуров Муратбек - История возникновения селения Темираул Axtaçı obası: tərəkəmə çərşənbəsi (I hissə) Азербайджана.
Kateqoriya:Dağıstan tarixi Kateqoriya:Azərbaycanlılar Kateqoriya:Qafqazda yaşayan etnik qruplar Kateqoriya:Azərbaycan tayfaları