Fərəculla xan Şahsevən () — Azərbaycan sərkərdəsi, Qacar ordusunda hərbi zabit, 1804–1813-cü illərdə Rusiya–İran müharibəsinin iştirakçısı. Fərəculla türkəsilli Şahsevən tayfasına, eləcə də Ərdəbil xanlığının hakim sülaləsinə mənsub idi. Ailənin Ərdəbili idarə etmək imtiyazı 1808-ci ildə Qacarlar tərəfindən ləğv edilmişdir, lakin buna baxmayaraq, Fərəculla xan və ailəsi onlara dəstək və əməkdaşlıq etməyə davam etmişdir.

28 sentyabr 1809-cu ildə Fərəculla xan 11,000 əsgərdən ibarət dəstəni dağıdılmış Lənkəran şəhərinə doğru yola salmışdır. Şəhər meşələrlə əhatə olunduğu üçün Rusiya gəmiləri müdafiəyə kömək edə bilməmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Rusiya-İran müharibələrinin iştirakçıları Kateqoriya:Şahsevənlər Kateqoriya:Rusiya-İran müharibəsi (1804-1813) iştirakçıları