Orxan İbadov — Azərbaycanlı yaddaş mütəxəssisi və təlimçi. O, yaddaş yarışları və beyin potensialının inkişafı sahəsindəki nailiyyətləri ilə tanınır.

Haqqında Orxan İbadov yaddaş və beyin təlimləri sahəsində mütəxəssisdir. O, eyni zamanda Dünya Yaddaş Çempionatı çərçivəsində iki qızıl medal və bir dünya rekordunun sahibidir.

Uşaqlıq və təhsil

Orxan İbadov 1986-cı ildə Bakıda anadan olmuşdur. Əslən Masallıdandır. Atası hüquqşünas, anası isə həkimdir. Uşaqlığı Əhmədli qəsəbəsində keçmişdir. İlk təhsilini 171 nömrəli orta məktəbdə almışdır və akademik göstəriciləri ilə fərqlənmişdir.

15 yaşında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur.

Karyera və yaddaş tədqiqatları

Hüquq sahəsində qısa müddət çalışdıqdan sonra Orxan İbadov internet vasitəsilə biznes qurmağa başlamışdır. 2014-cü ildə Barselonaya köçərək e-ticarət sahəsində fəaliyyətini davam etdirmişdir.

2017-ci ildə yaddaş sahəsində apardığı tədqiqatları test etmək məqsədilə yaddaş yarışlarına qatılmışdır. İlk yarışında, Türkiyənin İstanbul şəhərində keçirilmiş Memoriad 2017: Açıq Yaddaş, Mental Riyaziyyat və Sürətli Oxuma Çempionatında 8 ölkədən 102 beyin idmançısının iştirak etdiyi yarışda qalib olub, qızıl medal qazanmışdır.

Filippinin paytaxtı Manila şəhərində keçirilmiş V Filippin Beynəlxalq Açıq Yaddaş Çempionatında 7 ölkənin 70-ə yaxın beyin atletinin iştirak etdiyi turnirdə bürünc medala layiq görülmüşdür. Daha sonra "İkinci Beyin" adlı unikal təlim sistemini yaratmışdır. Bu sistem zehni xaosu aradan qaldırmaq və beynin məhsuldarlığını artırmaq məqsədini daşıyır.İbadov, O. (2024). Çalışaraq dahi olmaq mümkündürmü? | Dünya Yaddaş Çempionunun təcrübələri | 1-ci hissə. [YouTube video]. *YouTube*. https://youtu.be/FipkQy6QEO8?si=yCxJ5nyTUfpcopBT

Dünya çempionatı və rekordları

2023-cü ildə Hindistanın Mumbay şəhərində keçirilmiş Dünya Yaddaş Çempionatında iştirak etmişdir. O, 60 dəqiqə ərzində 3412 rəqəmi sırayla yadda saxlayaraq dünya rekorduna imza atmışdır. Bundan əlavə, 15 dəqiqə Üzlər və Adlar kateqoriyasında da qızıl medal qazanmışdır. Ümumilikdə, çempionatda 2 qızıl, 4 gümüş və 2 bürünc medal əldə etmişdir.Bakıvaxtı (2024). Orxan İbadov dünya yaddaş çempionu olub. *Bakıvaxtı*. https://bakivaxti.az/az/posts/detail/orxan-ibadov-dunya-yaddas-cempionu-olub-1702623519

"İkinci Beyin" sistemi və təlim fəaliyyəti

Orxan İbadovun yaratdığı "İkinci Beyin" sistemi beynin yarımçıqlıqlarını aradan qaldıraraq onun tam potensialını üzə çıxarmağa kömək edir.İbadov, O. (2024). Qara güc, neqativin faydası, təhsil, müasirlik, kimlər xilas olacaq? | Orxan İbadov | 2-ci hissə. [YouTube video]. *YouTube*. https://youtu.be/KHMpIkR4U2g?si=xZYtnr0Lwm-L2w-V Bu sistem şəxsi məhsuldarlıq və yaradıcılığı artırmaq üçün tətbiq olunur. O, Barselonada fəaliyyət göstərən şirkətlərdə bu sistemi tədris etməyə başlamış və daha sonra Avropanın müxtəlif ölkələrində tanınmış şirkətlərdə təlimlər keçmişdir.İbadov, O. (2024). “Yaddaşın zəifləməsi qocalıq əlaməti deyil” | Orxan İbadov. [YouTube video]. *YouTube*. https://youtu.be/KwGpJYRE49M?si=4ch3FN86pxLG1foGİbadov, O. (2024). Dahi necə yetişir? 2-ci beyin nədir? Beyin necə çalışır? Yadda saxlamaq asandır? Çempion Orxan İbadov. [YouTube video]. *YouTube*. https://youtu.be/YkkuOiBpg84?si=JbNFVhtgdu-TLFJd

Şəxsi həyatı

Orxan İbadov ilin 8 ayını Barselonada, 4 ayını isə Bakıda keçirir. İngilis, ispan və rus dillərini sərbəst bilir.

Əsas nailiyyətləri

Dünya Yaddaş Çempionatı (2023): İki qızıl medal, bir dünya rekordu. Memoriad (2017): İlk beynəlxalq yaddaş yarışında qızıl medal. "İkinci Beyin" Sistemi: Yaradıcı potensialı artıran unikal təlim sistemi.

İstinadlar