– Yaponiya fotoqrafı. O, 1870-ci illərdə Tokionun birinci dərəcəli fotoqrafı hesab olunurdu. Yaponiyada fotojurnalistikanın qabaqcıllarından biri olmuşdur.
İlk illəri 1842-ci ildə Edonun Nihonbaşi bölgəsində İi Konosuke adı ilə doğulmuşdur. Atası Edoda topdan yağ satışı ilə məşğul olurdu. Təxminən 30 yaşı olanda Kitaniva Tsukuba adını götürmüşdür.
Fotoqrafiya Kitaniva 1868-ci ildə fotoqraf Yokoyama Matsusaburonun şagirdi olmuş və ondan fotoqrafiyanı öyrənmişdir. O, müxtəlif vaxtlarda Ukay Qyokusen, Kuze Cisaku və Şimooka Renconun da şagirdi olmuşdur. İlk fotostudiyasını 1871-ci ildə Tokioda yerləşən Asakusa gül bağçalarında açmışdır. Qısa müddət sonra Tokioda ikinci studiyası fəaliyyətə başlamışdır. Baron Raymund fon Stillfriddən fiksasiya və işıqlandırma üzrə dərslər almış, fotoqrafiya biliklərini yaxşılaşdırmışdır. 1874-cü ildə Fukasava Yokitsu ilə birlikdə jurnalını təsis etmişdir. Bu, Yaponiyada ilk fotoqrafiya jurnalı hesab olunur. 1869–1873-cü illərdə fotoqraf Futami Asamanın müəllimi olmuşdur. 1873-cü ilin mayında uğurla gecə fotoqrafiyası ilə məşğul olmuşdur.
Kitanivanın biznesi böyümüş, Uçida Kuiçinin ölümündən sonra 1875-ci ildə ona məxsus olan mülkün bir hissəsini və əsas iqamətgahı almışdır. Burada adlı fotostudiya açmışdır. 1876-cı ildə tibbi fotoşəkillər satmağa başlamış və fotoqrafiya məktəbi qurmuşdur. 1881-ci ildə studiyasında keçirdiyi xatirə banketində qoca kişiləri əks etdirən real ölçülü fotolar sərgiləmişdir. 1885-ci ildə bütün fotoqrafiya fəaliyyətlərini dayandırmış, 1887-ci ildə ölmüşdür. Oğlu İi Yoho teatr aktyoru olmuşdur.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Kitaniva Tsukuba Kotobank saytında.
Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Meyci dövrü şəxsləri