– Yaponiyanın Tokio şəhərinin Sumida rayonunda, Mukocima bölgəsində yerləşən şintoist məbədi.
Tarixi Mimequri məbədinin yaranma tarixi məlum deyil. Məbədin yaranması ilə bağlı rəvayətə görə səyahət edən bir keşiş məbədin yerləşdiyi ərazidən keçəndə bir ilaha aid heykəlcik tapmışdır. Bu zaman bir ağ tülkü peyda olaraq keşişin ətrafında 3 dəfə dövrə vurmuş və yıxılaraq ölmüşdür. Keşiş tülkünün şərəfinə məbədə "üç dövrə" mənasına gələn adını vermişdir.
Mimequri məbədi Yaponiyanın ən qədim alış-veriş mərkəzlərindən biri olan "Mitsukoşi" ilə assosiasiya olunur. Bunun səbəbi alış-veriş mərkəzinin sələfi olan "Eçiqoya" kimono dükanının 1673-cü ildə tərəfindən yaradılmasıdır. Məbədin və klanın adlarının kanci ilə yazılışı oxşardır. Məbədin adındakı "囲" kancisi klanın adındakı "井" kancisinin ətrafına "sədd çəkməklə" yazıldığı üçün Mitsui klanı Edo dövründə bu məbədi qoruyucusu kimi qəbul etmişdir. Bundan əlavə, məbəd klanın əsas qərargahının şimal-qərbində yerləşirdi və klan bu istiqamətdən gələcək təhlükədən qorunmanın vacib olduğunu hesab edirdi.
Xüsusiyyətlər thumb|left|Məbəddəki şir heykəli. Məbəddə Londonun Trafalqar meydanınakı şir heykəlinin replikası yerləşir. Bu şir heykəli "Mitsukoşi" şirkətinin simvolu hesab olunur. Heykəlin ilk və orijinal versiyası 1914-cü ildən etibarən əsas mağazanın qarşısında dayanır və digər filiallar üçün replikaları hazırlanmışdır. Məbəddəki şir heykəli 2009-cu ildə bağlanmış İkebukuro filialı tərəfindən bağışlanmışdır.
Məbəddə Mitsui klanının malikanəsindən gətirilmiş üçqat torii tağı və "Konko-san" ləqəbi ilə tanınan bir cüt tülkü heykəli yerləşir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tokiodakı şintoist məbədləri Kateqoriya:Sumida tikililəri Kateqoriya:Populyar mədəniyyətdə şirlər