Aliyə bint Hüseyn (; ) — III İordaniya kralı I Hüseynin böyük qızı.

1956-cı ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı I Hüseyn, anası isə onun ilk xanımı Şərifə Dinədir."Briefs". Star-Times Hələ körpə yaşlarında valideynləri boşandı və Aliyə bir müddət anasını görə bilmədi. İbtidai və orta təhsilini Ammandakı qızlar məktəbində alan Aliyə 1968-ci ildə İngiltərəyə göndərildi və 1972-ci ilədək müxtəlif məktəblərdə təhsilini davam etdirdi. 1977-ci ildə ingilis ədəbiyyatı üzrə İordaniya Universitetinin fəxri məzunu oldu.

1980-ci illərdən etibarən məşhur rəssam Fahrünnisə Zeydin rəsm emalatxanasında fəaliyyət göstərməyə başladı. Bundan başqa bir çox xeyriyyə təşkilatının da üzvüdür. 1987-ci ildən bəri taekvondo ilə məşğuldur və 2 qat qara kəmər sahibəsidir.

Ailəsi İlk evliliyi 12 aprel 1977-ci ildə polkovnik-leytenant Nasir Vasfi Mirzəylə (1945-) Raqadan sarayında baş tutdu. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəlsə də, 1988-ci ildə boşandılar.

Hüseyn Mirzə (12 fevral 1981-)

İkinci evliliyi 30 iyul 1988-ci ildə Seyid Məhəmməd əl-Salehlə baş tutdu. Bu nigahdan da 2 oğlu dünyaya gəldi.

Təlal əl-Saleh (12 sentyabr 1989-) Əbdülhəmid əl-Saleh (15 noyabr 1992-)

İstinadlar