right|thumb|Tay-Sachs xəstəliyi. Tay-Sachs xəstəliyi (GM2 qanqliozidozu, erkən uşaqlıq dövrünün amavrotik idiotiyası) mərkəzi sinir sisteminə (onurğa beyinə, beyinə və meningeal membranlara) təsir edən otosomal resessiv irsi xarakterli nadir irsi xəstəlikdir. Lizosomal toplanma xəstəlikləri qrupuna aid edilir. Xəstəlik ilk dəfə 1881 və 1887-ci illərdə britaniyalı oftalmoloq Uorren Tay (1843–1928) və amerikalı nevroloq Bernard Saks (1858–1944) tərəfindən təsvir edilmişdir. Xəstəlik onu təsvir edən bu şəxslərin adi ilə adlandırılmışdır.

Haqqında Nadir rast gəlinən autosom-ressesiv irsi çatışmazlıq xəstəliyidir. Xəstəlik nəticəsində mərkəzi sinir sistemi zədələnir. İlk dəfə 1881 və 1887-ci illərdə bir-birindən asılı olmayaraq ingilis oftalmoloqu Uorren Tey və amerikan nevroloqu Bernard Saks tərəfindən göstərildiyindən belə adlandırılmışdır. Bu xəstəlik insanın 15-ci xromosomunda yerləşən HEXA geninin mutasiyasının nəticəsidir. Bu gen heksoaminidaza A fermentinin α-subvahidini kodlaşdırır. Xəstəlik autosom-ressesiv tipə aid olduğuna görə yalnız hər iki valideyn bu genin daşıyıcısı olduqda özünü büruzə verir. Xəstə uşağın doğulma ehtimalı 25% olur. HEXA geninin 100-dən çox mutasiyası müəyyən olunub. Hesoaminidaza A fermanti lizosomlarda yerləşərək qlikolipidləri parçalayır. Fermentin çatışmazlığı lipidlərin mərkəzi sinir sistemində, sinir kələflərində, gözün torlu qişasında, qaraciyər və dalağın hüceyrələrində toplanmasına gətirir. Bu xəstəliyin üç forması vardır:-Uşaq Tey-saks xəstəliyi, Yuvenil forma, Yetkin forma.

İrsiyyətin xüsusiyyətləri Xəstəliyə heksoseaminidaza A fermentinin α-alt bölməsini kodlayan və 15-ci xromosomun uzun qolunda yerləşən HEXA genindəki mutasiya səbəb olur. Xəstəlik otosomal resessiv şəkildə ötürülür. Hər iki valideynin mutant genin daşıyıcısı olduğu hallarda xəstə uşağın doğulma ehtimalı 25%-dir. Bu günə qədər HEXA geninin 100-dən çox müxtəlif mutasiyaları müşahidə olunmuşdur.

Epidemiologiya Xəstəliyə Aşkenazi yəhudilərində daha çox rast gəlinir. Onların arasında isə təxminən 3%-də HEXA gen mutasiyası olur. Bu xəstəlik frankokanadalılar, kadjunlar və amişlər arasında da yayılmışdır. Digər əhali qrupları arasında resessiv mutant genin orta daşınma tezliyi ~0,3%-dir. İrsiyyət tipi autosomal resessiv şəklindədir.

Etiologiyası və patogenezi Bu xəstəliyin klinik təsviri lizosomlarda yerləşən və qanqliozidlərin istifadəsində iştirak edən, kimyəvi katalizator-mediator olan, heksoseaminidaza A fermentini sintez edən, HEXA geninin mutasiyası nəticəsində mərkəzi sinir sistemində yaranan genetik qüsurdur. Fermentlərin istehsal olunmadığı hallarda qanqliozidlər beyin neyronlarında toplanır, əvvəlcə onların fəaliyyətini pozur, daha sonra isə onları məhv edirlər.

Təsnifatı Tay-Sachs xəstəliyinin üç forması ayırd edilmişdir:

Uşaq forması zamanı doğumdan altı ay sonra uşaqlarda fiziki və zehni inkişafdan geri qalma müəyyən olunur. Korluq, karlıq və udma qabiliyyətinin itirilməsi müşahidə olunur. Əzələ atrofiyası nəticəsində iflic olma meydana gəlir. Bu xəstəlik zamanı uşaqlar 3–4 yaşına qədər dünyasını dəyişirlər. Yeniyetmə formasında motor-koqnitiv problemlər, disfagiya (udma pozğunluğu), dizartriya (nitq pozğunluğu), ataksiya (yerişin qeyri-sabitliyi), spastiklik (kontrakturalar və iflic) inkişaf edir. Xəstəlik 15–16 yaşlarına qədər ölümlə nəticələnir. Yetkin forması 25–30 yaş arasında baş verir. Xəstəlik nevroloji funksiyaların pisləşməsi əlamətləri ilə xarakterizə olunur. Yerişin pozulması, udma aktında və nitqdə pozğunluqlar, idrak bacarıqlarının azalması, spastiklik və psixoz şəklində şizofreniyanın inkişafı kimi hallar da meydana gəlir.

Klinik təsviri Bu irsi xəstəliklə doğulmuş körpələr həyatın ilk aylarında normal uşaqlarla eyni inkişaf edirlər. Altı aydan sonra isə zehni və fiziki inkişafda geriləmə müşahidə edilir. Uşaq görmə, eşitmə və udma qabiliyyətini itirir. Konvulsiyalar görünür. Əzələlərdə atrofiya və iflic meydana gəlir. Bu simptomlar isə 4 yaşa qədər ölümlə nəticələnir.

20–30 yaşlı insanlarda bu xəstəliyə çox nadir rast gəlinir.

Diaqnostikası Tay-Sachs xəstəliyi göz bəbəyinin qarşısındakı torlu qişada yerləşən qırmızı ləkənin olması ilə xarakterizə olunur. Bu ləkəni oftalmoskopla görmək olar.

Müalicəsi Hal-hazırda xəstəliyin heç bir müalicə üsulu inkişaf etməmişdir. Xəstələrə tibbi yardım simptomları yüngülləşdirməkdən, xəstəliyin sonrakı mərhələlərində isə onun inkişafını gecikdirməkdən ibarətdir.

2022-ci ilin fevral ayında ilk dəfə ilk gen terapiyası təklif edilmişdir. Hal-hazırda heç bir müalicə inkişaf etdirilməyib. Tibbi yardım simptomları yüngülləşdirməklə, xəstəliyin gec formaları halında isə onun inkişafını gecikdirməklə məhdudlaşır.

2022-ci ilin fevral ayında dünyada ilk gen terapiyası müalicəsi təklif edildi.

Uşaq Tey-saks xəstəliyi Bu forma doğuşdan 6 ay sonra müşahidə olunur. Əqli və fiziki inkişafdan saxlayır. Karlıq, korluq və udma qabiliyyəti itmiş olur. Əzələlərin atrofiyası nəticəsində iflic baş verir.3–4 yaşlarında ölümlə nəticələnir.

Yuvenil forma Bu forma 5–8 yaşdan sonra müşahidə olunur. Disfagiya(udma aktının pozulması), ataksiya(parez, əzələ tonusunun pozulması), dizartriya(nitq qabiliyyətinin pozulması), piylənmə ilə nəticələnir. Davam etmə müddəti 10–15 ildir. Göz dibində dəyişikliklərə görmə siniri disklərinin atrofiyası və piqmentli retinitə səbəb olur. Xəstə həmçinin psixi dəyişikliklər, karlıq, bəzi hallarda lal-karlıq, epilepsiya tutmaları olur.

Yetkin forma Formanın ilk simptomları adətən gənc yaşlarda görünür. İrəliləməsi çox ləng gedir. Udma çətinliyi, yerişin pisləşməsi, psixi xəstəliklərlə(xüsusilə şizofreniya) ilə xarakterizə olunur. Belə xəstələrdə retinada qırmızı ləkə olur və oftolmoskopdan istifadə etməklə həkim tərəfindən asanlıqla müşahidə edilir.

İstinadlar

Xarici keçidlər ""Еврейская болезнь" Тея-Сакса среди израильтян почти исчезла", newsru.com, 18 января 2005 "Генетические болезни евреев", sem40.ru

Kateqoriya:Nevroloji xəstəliklər Kateqoriya:Nadir xəstəliklər Kateqoriya:Kəşf edənin adını daşıyan xəstəliklər Kateqoriya:Autosomal resessiv xəstəliklər Kateqoriya:Anadangəlmə pozuntular Kateqoriya:Aşkenazi yəhudiləri mövzuları Kateqoriya:Neyrodegenerativ pozğunluqlar