Covanni Françesko Cemelli Karreri (Giovanni Francesco Gemelli Careri; ) — İtalyan səyyahı. Şah Süleyman Səfəvinin hakimiyyəti ilə eyni vaxtda İrana səfər edən və Şah Sultan Hüseynin tacqoyma mərasimində iştirak edən italyan səyyahı. Həyatı 1651-ci ildə İtaliyada anadan olub, 1725-ci ildə 74 yaşında Neapolda vəfat edib. 1693-cü il iyunun 14-də təhsilini başa vurduqdan sonra dünyanı gəzmiş və bu səfər beş il yarım davam etmişdir. Misir, Konstantinopol, Ermənistan, İran, Hindistan, Çin və Filippində gəzmiş, sonra o, bütün dünyaya səyahət etmişdir. Sakit Okeandan Meksikaya və nəhayət İspaniyaya girmiş və Fransadan İtaliyaya qayıtmışdır. 4 dekabr 1698-ci ildə İtaliyadakı səyahətini tamamlamış və 1699-cu ildə Neapolda "Dünyada Səyahət" adı altında səyahət təsvirini nəşr etmişdir.Source Article: Giovanni_Francesco_Gemelli_Careri; Angela Amuso Maccarrone, Gianfrancesco Gemelli-Careri. L'Ulisse del XVII secolo, 2000
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Dünya ətrafında dövr edənlər