Çexiya foseki () — çoxyönlü ov iti cinsi. Ənənəvi olaraq ovlama, işarələmə və gətirmə işlərində istifadə edilir. Bu cins qriffon ov itləri ailəsinə daxildir və tel xəzli itlərə məxsus olan bığ və saqqallarla tanınır.

Tarixi Yazılı standartlar XIX əsrdə qəbul edilib və Beynəlxalq Kinologiya Federasiyası (FCI) tərəfindən tanınması 1964-cü ilə təsadüf edir. Çexiya foseki 1920-ci illərdə demək olar ki, tükənmişdi, lakin Çex Respublikası mütəxəssisləri tərəfindən digər çox yönlü ov cinsləri ilə cütləşdirilərək bərpa edildi. Bu, FCI tərəfindən cinsin qəbuluna problemlər yaratdı, çünki Almaniya İtçilik Klubu onu stixelhaar ilə demək olar ki, eyni genetik quruluşa sahib olduğu üçün qəbul etmədi. Çexiya fosekinin Kortals qrifonu cinsinə daxil edilməsi ilə nəticədə üzvlər arasında ayrılma oldu və iki yeni klub yarandı: Şimali Amerika Çexiya Foseki Klubu və Amerika Kortals Qrifonu Assoasiyası.

Xüsusiyyətləri Erkəklərin boyu 60-66 sm, dişilərin boyu isə 58-62 sm arasında dəyişir. Erkəklərin çəkisi 28-34 kq, dişilərin çəkisi isə 22-28 kq arasındadır. Çexiya foseki güclü və möhkəm quruluşu ilə tanınır, bu da ona müxtəlif növ ərazilərdə effektiv işləməyə imkan verir. Bu cins xüsusilə mükəmməl ov bacarıqları ilə qiymətləndirilir. Onun sərt xəzə malik, atletik quruluşlu, tel tüklü və əzələli bir bədəni vardır. Ən çox diqqət çəkən xüsusiyyəti üz tükləridir. Yumşaq, tüklü qaşları, bığı və saqqalı asanlıqla tanınmasına səbəb olur. Qulaq ucları üzünün yanına boş şəkildə sallanır, gözləri isə badam şəklində, dərində yerləşmiş, qəhvəyi və ya şaftalı rənglərində ola bilər.

Temperament Çexiya foseki loyal və uyğunlaşmağa meylli xarakteri ilə tanınır. Onlar asanlıqla təlim edilir və insanlarla yaxşı əməkdaşlıq edir, bu da onları həm ovçular, həm də ailələr üçün mükəmməl yoldaş edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İt cinsləri