Currents — Avstraliya musiqi layihəsi "Tame Impala"nın 17 iyul 2015-ci ildə "Modular Recordings" şirkəti vasitəsilə işıq üzü görmüş üçüncü studiya albomu. Albom Amerika Birləşmiş Ştatlarında "Interscope Records", Böyük Britaniyada "Fiction Records" şirkətləri tərəfindən, digər regionlarda isə "Caroline International" vasitəsilə yayımlanmışdır. Layihənin əvvəlki iki albomunda olduğu kimi, "Currents"in də müəllifi, bəstəkarı, ifaçısı və prodüseri Kevin Parker olmuşdur. Parker ilk dəfə olaraq musiqinin miksinqini həyata keçirmiş və bütün musiqi alətlərini özü səsləndirmişdir; albomun hazırlanmasında digər əməkdaşlar iştirak etməmişdir.
Trek siyahısı
İstinadlar
Kateqoriya:2015-ci ilin musiqi albomları Kateqoriya:Tame Impala albomları Kateqoriya:ARIA mükafatı qazanan albomlar Kateqoriya:Modular Recordings albomları Kateqoriya:Interscope Records albomları Kateqoriya:Avstraliya ifaçılarının albomları