Her – Cənubi Koreyada fəaliyyət göstərən Tailand müğənnisi Minninin debüt minialbomu. "Cube Entertainment" tərəfindən 21 yanvar 2025-ci ildə buraxılmışdır. Əsas sinqlı "Her" olan minialboma 7 trek daxildir.
Buraxılması 3 dekabr 2024-cü ildə Minninin solo debüt edəcəyi və 2025-ci ilin yanvarında albom buraxacağı açıqlanmışdır. O, "(G)I-dle" qrupunda Soyon, Uqi və Miyondan sonra solo debüt edəcəyi açıqlanan 4-cü üzv olmuşdur. Debüt albomunun "Blind Eyes Red" adlı pre-reliz sinqlı 7 yanvar 2025-ci ildə buraxılmışdır. 8 yanvarda "Cube" onun "Her" adlı ilk minialbomunun 21 yanvarda buraxılacağını açıqlamışdır. 9 yanvarda tanıtım proqramı buraxılmışdır. Növbəti gün albomun trek siyahısı və minialbomun əsas sinqlı "Her" açıqlanmışdır. Alboma daxil olan "Drive U Crazy" və "Obsession" mahnılarında qrup yoldaşı Uqi və "WayV" qrupundan Ten də yer almışdırlar. Minialbom 21 yanvarda rəqəmsal formatda buraxılmışdır.
Trek siyahısı
İstinadlar
Kateqoriya:2025-ci ilin debüt minialbomları