Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Sələmə əl-Əzdi əl-Misri ət-Tahavi (; ) — Hənəfi məzhəbinin fəqihlərindən biri.
Həyatı Əbu Cəfər ət-Tahavi 853-cü ildə Uşmunəynin Taha kəndində dünyaya gəlmiş, 933-cü ildə Qahirədə vəfat etmişdir. Tahavi, "Altı kitab" müəlliflərinin dövründə yaşamış və bunların bir qismi ilə hədis rəvayət etmişdir. "Səhihi-Buxari"nin müəllifi Əbu Abdullah Məhəmməd ibn İsmayıl əl-Buxari vəfat etdiyində Tahavi on yeddi yaşında idi. "Səhihi-Müslüm"ün müəllifi Müslüm vəfat etdiyində iyirmi iki, sünən sahibləri Əbu Davud vəfat etdiyində otuz altı, Tirmizi vəfat etdiyində qırx, Əhməd ibn Şuayb ən-Nəsai vəfat etdiyində altmış dörd yaşında idi. Digər sünən sahibi İbn Macə vəfat etdiyində də otuz dörd yaşında idi.
Mənbələrə görə, Tahavinin dayısı əl-Müzəni, Şafi fiqhini ən yaxşı bilən, Şafinin elmini təbliğ edən biri idi. Quranı Əbu Zəkəriyya Yəhya ibn Məhəmməd ibn Amrusdan öyrəndi. Bu müəllimi haqqında, "məsciddə yanında Quranı xətm etmədiyi heç bir dirək yoxdur" deyilmişdir. Daha sonra dayısı əl-Müzənidən fiqh öyrənmiş və ondan şafii fiqhinə dair yazdığı "əl-Müxtəsəri" dinləmişdir. Tahavi bu kitab ilə fiqh öyrənən ilk şəxs olmuşdur.
Hənəfi məzhəbinə keçməsi Tahavi iyirmi yaşına gəlincə, əvvəlki fikirlərini tərk etmiş, fiqh sahəsində Əbu Hənifənin üsuluna keçmişdir. Bunun müxtəlif səbəbləri vardır:
O, dayısının Əbu Hənifənin əsərlərini mütaliə etdiyini, onları davamlı oxuduğunu, onlardan təsirləndiyini görürdü. əl-Xəlili belə deyir:
Əş-Şafiinin tələbələri ilə Əbu Hənifə məzhəbinə mənsub elm adamları arasında gözü qarşısında cərəyan edən və şəxsən qulaq asdığı elmi müzakirələr.
Hər iki məzhəb ilə əlaqədar yazılmış əsərlər. Bu əsərlərin hər birisi, haqqında ixtilaf edilmiş məsələlərlə əlaqədar olaraq, birinin digərinə verdiyi cavablar da iştirak etməkdədir. Məsələn əl-Müzəni, "əl-Müxtəsər" adlı əsərini təlif edərək çeşitli məsələlərdə Əbu Hənifənin görüşlərini rədd etmiş, daha sonra Qazı Bəkkar ibn Quteybə onun bu görüşlərini rədd edən bir başqa əsər qələmə almışdır.
Bəkkar ibn Quteybə, İbn Əbi İmran və Əbu Həzm kimi, qazılıq vəzifəsinə gəlmələri səbəbiylə Misir və Şam bölgələrinə gələn elm adamları arasında Əbu Hənifənin məzhəbini mənimsəyən elm adamları. İbn Əsakirin "Dəməşq Tarixi"ndə (XI, 177–178) Tahavinin belə dediyini nəql etməkdədir:
Müəllimləri İsmayıl ibn Yəhya ibn İsmayıl ibn Əmr ibn əl-Müzəni əl-Misri. Əş-Şafiinin tələbəsi, "əl-Müxtəsər", "əl-Cəmiul-Kəbir", "əl-Cəmius-Səğir", "əl-Mənsur" və bənzəri bir çox əsərin müəllifi olub, müctəhid idi. Əbu Cəfər Əhməd ibn Əbu İmran Musa ibn İsa əl-Bağdadi. Fəqih, mühəddis. Bu müəllimi Əbu Yusif və Məhəmməd ibn Həsən əş-Şeybaninin tələbələrindən fiqh öyrənmişdir. Tahavi də onunla eyni ləqəbə sahib Əhməd ibn Əbu İmran ilə yoldaşlıq etmiş və iyirmi ilə yaxın ondan fiqh öyrənmişdir. Əbu Süleyman ibn Zəbərin Tahavidən nəql etdiyinə görə, Hənəfi məzhəbinə keçməsində bu müəlliminin böyük bir təsiri olmuşdur. Əbu Cəfər bu müəllimiylə öyünür və ondan çox rəvayət edərdi. Əbu Həzzim Əbdülhəmid ibn Əbdüləziz əs-Səkuni əl-Bəsri əl-Hənəfi. Bu şəxs Şam, Kufə, Kərx və Bağdadda qazılıq vəzifəsində olmuş. Tahavi Şama gəldiyində ondan fiqh öyrəndi. Əbu Bəkrə Bəkkar ibn Quteybə əl-Bəsri. Misirdə qazılar qazısı olmuşdur. Bu müəllimi, əş-Şafiinin, Əbu Hənifənin görüşlərini rədd edən qənaətlərinə cavab verən bir əsər müəllifidir. Əbu Ubeyd Əli ibn əl-Hüseyn ibn Hərb ibn İsa əl-Bağdadi. Şafii məzhəbi alimlərindəndir. Əbu Əbdürrəhman Əhməd ibn Şueyb Əli ibn Sinan ibn Bəhr əl-Xorasani ən-Nəsai. Elm təhsili üçün Xorasan, Hicaz, Misir, İraq, Cəzirə və Şama səyahətlər etmiş, daha sonra Misirdə məskunlaşmışdır. Tahavinin "Şərhul Müşkilil-Əsar" adlı əsərində Nəsaidən etdiyi rəvayətləri olduqca çoxdur.
Əsərləri Tahavinin əsərləri bunlardır:
Şərhu Məanil-Əsar. Onun ilk əsərdir. Əsərin əvvəlində oxucunun istəyinə görə kitabın yazılma səbəbini belə ifadə etmişdir:
İxtilaful-Fuqəha. Bu əsərdən İbn Xəllikan, İbn Kəsir, Süyuti kimi bir çox elm adamları bəhs etmişdir. Müxtəsərul-Tahavi. Bu da Şafii məzhəbində əl-Müzəninin "əl-Müxtəsər"i mahiyyətindədir. Bu Müxtəsərin də bir çox şərhi olmaqla bərabər ən əhəmiyyətlisi isə "Əhkamul-Quran" adlı əsərin müəllifi Əbu Bəkr əl-Cəssasın yazdığı şərhdir. Sünənüş-Şafii. Tahavi bu əsərində dayısı əl-Müzənidən, onun da Şafiidən eşitdiyi hədisləri rəvayət etmişdir. Əl-Əqidətüt-Təhaviyyə. Tahavi bu əsərində sələfin mənimsədiyi etiqadı zikr etmiş və bu mövzuda Əbu Hənifədən, iki tələbəsi Əbu Yusif ilə Məhəmməd ibn Həsəndən, onların dinin əsaslarına dair mənimsədikləri əqidəni qeyd etmişdir. Əş-Şurutus-Səğir. Əş-Şurutul-Əvsat. Bu əsərin adını şeyx Əbdülqadir əl-Qureyşi ilə Əli əl-Qari qeyd etmişdir. Əş-Şurutul-Kəbir. Ət-Tarixul-Kəbir. Əhkamul-Quran. Ən-Nəvadirul-Fiqhiyyə. Ən-Nəvadir vəl-hekayət.
Xatirəsi İbn Yunus onun haqqında:
Məsləmə ibn əl-Qasım əs-Sıla bunları deməkdədir:
İbn ən-Nədim demişdir:
"Əl-Cəvahirul-Mudiyyə" adlı əsərdə İbn Əbdülbər belə deyir:
Səmani, Tahavi haqqında deyir ki, imam, "siqa" (etibarlı), rəvayəti sağlam, fəqih, alim, geriyə özü kimi birini qoymadan ölən biri idi.
İbn əl-Cəvzi deyir ki, o rəvayəti sağlam, üstün anlayışlı, yaxşı bir fəqih və çox ağıllı biri idi.
İbnul-Əsir demişdir:
Zəhəbi deyir ki, imam, çox böyük elm adamı, çox böyük hafiz, Misirin mühəddisi və fəqihi… Bu imamın təlif etdiyi əsərləri araşdıran bir şəxs, onun elmi dərəcəsini və üstünlüyünü anlayar.
İbn Kəsir deyir ki, hənəfi fəqihi, çox faydalı əsərlərin, dolub daşan faydalı elmin sahibi, sağlam, "siqa" (güvənilən) ravilərdən, çox üstün dahi hafizlərdən biridir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hənəfilər Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Sünni imamları