Şənol Günəş () — Türkiyəli köhnə futbolçu və məşqçi. Türkiyə yığmasının keçmiş baş məşqçisi
Klub Karyerası
Futbolçuluq karyerası Şenol Güneş futbol karyerasına "Erdoğdu Gençlik" komandasında başlayıb. Bundan sonra Trabzonspor komandasının həvəskar komandasına keçərək, buradan da "Sebat Gençlik" komandasına transfer olundu və peşəkar futbolçuluq həyatına başlayıb. 1972-ci ildə "Trabzonspor" komandasına transfer edildi. 15 ilə yaxın "Trabzonspor"da qapıçılıq edib. "Trabzonspor"un heyətində 1975–2011 arasında yeddi dəfə çempion olub, eyni zamanda milli yığma komandasında 31 dəfə (beş dəfə kapitan qismində) iştirak edib. Türk idmanının tarixində birinci liqada ən çox qol buraxmama rekordu ona məxsusdur.
Məşqçilik karyerası
Futbol klublarındakı karyerası Sonradan "Trabzonspor" komandasının məşqçisi vəzifəsinə təyin olunub, Corc Likens kibi məşqçilərin köməkçisi vəzifəsini tutmağa müvəffəq olub. 1987–1988 "Trabzonspor", 1988–1991 "Boluspor", 1991–1992 "İstanbulspor", 1992–1996 yenidən "Trabzonspor", 1996–1997 "Antalyaspor", 1997–1998 sezonunda isə "Sakaryaspor" komandalarını hazırlaşdırıb. "Trabzonspor" 2005-ci ilin yanvar ayında Şenol Güneş ilə üç il yarımlıq bir müqavilə imzalayaraq onu yenidən komandanın məşqçisi vəzifəsinə qaytardı. Daha sonra o, bu postdan istefa edib.
10 sentyabr 2024-cü ildə Şenol Günəş "Trabzonspor" ilə 2+1 illik müqavilə imzalayaraq yenidən klubun baş məşqçisi olub.
Məşqçilik karyerası zamanı 1 Türkiyə kuboku, 1 Baş nazir kuboku, 1 Prezident kuboku əldə edib.
Milli yığmadakı karyerası 16 avqust 2000-ci ildə Türkiyə milli futbol komandasının rəhbərliyinə təyin olunub və milli komandanın 48 illik fasilədən sonra FİFA Dünya Kuboku uğrunda mübarizəyə qatılmasında böyük rol oynayıb.
İstinadlar
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Trabzonspor FK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Bursaspor baş məşqçiləri Kateqoriya:2002 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Kişi futbol qapıçıları