— yaponiyalı iqtisadçı. İnada şərti ilə tanınır.
1950-ci illərdən etibarən İnada rifah iqtisadiyyatı, iqtisadi artım və beynəlxalq ticarət sahələrində bir sıra mühüm elmi məqalələr yazmışdır. Onun töhfələri arasında Kennet Errounun sosial rifah funksiyasının mövcudluğu ilə bağlı mümkünsüzlük teoreminin erkən genişləndirilməsi (1955) yer alır. İnadanın Stolper-Samuelson teoremini çox məhsul və çox amilli vəziyyətə genişləndirməsi də ticarət nəzəriyyəsində klassik işlərdən biri hesab olunur (1971).
İnada Osaka Universiteti və Tokio Metropolitan Universiteti kimi ali təhsil müəssisələrində dərs demiş, 1995-ci ildə ilk nəşrindən etibarən Japanese Economic Review jurnalının fəxri redaksiya heyətinin üzvü olmuş, həmçinin 1980-ci ildə Yaponiya İqtisadiyyat Assosiasiyasının prezidenti seçilmişdir.
O, neoklassik artım modelində iqtisadi artım yolunun sabitliyini təmin edə bilən istehsal funksiyasına dair İnada şərtləri ilə tanınır.
Seçilmiş məqalələri
İstinadlar
Kateqoriya:Yaponiya iqtisadçıları Kateqoriya:"Bənövşəyi lent" medalı ilə təltif edilənlər