Çayda Çıraq — Elazığ bölgəsinə aid halay növündən olan xalq rəqsidir. Dünyada bu rəqs "Şam rəqsi" kimi də tanınır. Adətən sazsız, "nanay" adlı xalq mahnılarının müşayiəti ilə ifa olunur. İndiki Elazığ bölgəsinin toylarında kifayət qədər yayılmış rəqs növüdür. Necə rəqs edilir Rəqs özünəməxsus musiqinin müşaiyəti və xalq mahnıları ilə ifa olunur. Oyunun əvvəlində bu sözlər səslənir: "Şamlar şamdanlarda yansın, yeniyetmələr növbə alsın. Nağaralar çalınsın, Çayda Çıraq başlasın". Sözlər səsləndikdən sonra, rəqsi ifa edəcək komanda rəqs meydançasına daxil olur. Girişdən sonra dairə qurularaq, ifaya başlanılır. Dairə yarandıqdan sonra qızlar mərkəzə keçir və çömbəlirlər. Hər bir kişi rəqqas öz tərəfdaşının ətrafında bir dəfə dövrə vurur. Sonra dairə yenidən yaradılır və düz bir xətt meydana gələnə qədər dövrə vurulur. Düz xətt yaratdıqdan sonra 8 addım irəli atılır, sonra şamdanlar əyilərək yerə qoyulur. Şamdanlar yerə düzüldükdən sonra, çayda çıraq oyununa xas xalq mahnısı oxunulur. Xalq mahnısından sonra yenidən şamdanlar götürülür və rəqqaslar rəqs meydanını tərk edirlər.
Geyim və aksesuarlar Çayda Çıraq oynayarkən istifadə edilən geyim ve aksesuarlar aşağıdakılardır: Qadınların geyim və aksesuarları Baş örtüyü Köynək Üç ətək Şalvar Kəmər Çəkmə Kişilərin geyim və aksesuarları Köynək Jilet Kəmərbənd Şalvar Yumurta daban ayaqqabı Həm qadın, həm də kişilərin istifadə etdiyi aksesuarlar Şamdan Şam
Çayda Çıraq türküsü Çayda Çıraq rəqsi Çayda Çıraq türküsü müşaiyəti ilə ifa olunur. Türkünün sözləri aşağıdakı kimidir:Çayda Çıra Yanıyor 3 - Alternatifim
Çayda çıraq yanır Xanım nanay vay nanay Nanay gözəl nanay Nanay gülüm nanay
Ayda yılda yanıyor Hanım nanay vay nanay Nanay güzelim nanay Nanay gülüm nanay
Yavaş yeri sevdiyim Xanım nanay vay nanay Nanay gülüm nanay Nanay gözəlim nanay
Engeller uyanıyor Xanım nanay oy nanay Nanay gülüm nanay Nanay sevdiğim nanay
Qarşıda oturanlar Xanım nanay oy nanay Nanay gülüm nanay Nanay gülüm nanay
Az dərdim artıranlar Xanım nanay vay nanay Nanay sevdiyim nanay Nanay gözəlim nanay
Başıma ağıl qoyun Xanım nanay oy nanay Nanay gülüm nanay Nanay sevdiyim nanay
Sevdadan qurtulanlar Xanım nanay oy nanay Nanay gülüm nanay Nanay sevdiyim nanay
Bağ altına bağ altına Bağ altına bağ altına Dolandım sərvan altına Al məni yorğan altına
Əfsanələr Çayda Çıra rəqsi və xalq mahnılarının yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Bunlardan bəziləri aşağıdakılardır: 1-ci əfsanə Əfsanələrdən birində Elazığ yaxınlığında bir dərənin hər iki sahilində məskunlaşmış tayfalardan olan iki gəncin sevgisindən bəhs edir. Aşiqlər gecələr yandırdıqları məşəllərlə bir-birlərinə işarə edər,oğlan gənc qızın yandırdığı məşəllərə, qarşı sahilə tərəf üzüb, ona qovuşardu. Bir gecə gən oölanı çayın gur suları aparar. Qız sevgilisini çay boyu axtarıb, tapa bilməyəndə özünü suya atar. Çayda Çıra xalq mahnısı və rəqsi bu sevgini ifadə etmək üçün yaradılmışdır. Bu əfsanə 1982-ci ildə çəkilən ÜÇayda Çıra əfsanəsi" filminin mövzusu olub. 2-ci əfsanə Digər əfsanə isə Elazığ yaxınlığındakı Harıngit (və ya Harınket) çayının sahilində keçirilmiş toy haqqındadır. Bir kəndin kəndxudası oğlunu başqa bir kəndin kəndxudasının qızı ilə evləndirir, xına gecəsində isə qəfildən ay tutulur. Qaranlıqda qalan qonaqlar bunu uğursuzluq kimi şərh edirlər. Bu vəziyyətdən üzülən oğlanın anası ərazidəki bütün şamları toplatdırır. Şamları boşqablara düzdürüb, yandırtdırıb, oynayan qızvə gəlinlərin əlinə verib, özü də onlara qoşulub. Qaranlıqda çayın sahilində yanan şamları görmək hər kəsi həyəcanlandırıb. Bu coşqu ilə xalq mahnıları oxunub, halay rəqsləri ifa olunub və əyləncə davam edib. Rəvayətə görə, Çayda Çıra belə yaranıb və bu günə qədər gəlib çatıb.
İstinadlar
Kateqoriya:Xalq rəqsləri