Nevra Necipoğlu () — Boğaziçi Universitetinin tarix üzrə professoru, Bizans imperiyasının tarixinin tədqiq edən türk tarixçisi.

Bioqrafiyası Robert Kollecində təhsil alıb və oranı bitirib. Daha sonra 1982-ci ildə Tarix və İqtisadiyyat üzrə ikili ixtisasla Uelsli Kollecini bitirib. O, 1990-cı ildə Harvard Universitetində Bizans Tarixi fakültəsində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. İslam İncəsənəti üzrə Ağa Xan professoru və Harvard Universitetində İslam Memarlığı üzrə Ağa Xan Proqramının direktoru Gülru Necipoğlunun bacısıdır.From Harvard University's website, https://haa.fas.harvard.edu/people/g%C3%BClru-necipo%C4%9Flu

Yaradıcılığı O, 1990-cı ildən Boğaziçi Universitetində dərs deyib və 2015-ci ildə təsis edilmiş Bizans Araşdırmaları Tədqiqat Mərkəzinin qurucu direktorudur. O, Klassik tarix və sivilizasiya, İslam tarixi və sivilizasiyası, Bizansda Konstantinopol şəhəri (hazırki İstanbul), Səlib yürüşləri, Osmanlıdan əvvəlki tarix, eləcə də Bizans tarixi və tarixşünaslığı üzrə kurslar verib.

O, Osmanlılarla "Latınlar arasında Bizans: Son İmperatorluqda siyasət və cəmiyyət" (2009) əsərini nəşr etmiş,"Bizans Konstantinopolu: abidələr, topoqrafiya və gündəlik həyat" əsərini Ayla Ödekan və Engin Akyürek ilə birgə redaktə edib. O həm də "Bizans sarayı: güc və mədəniyyət mənbəyi" (Paul Maqdalino ilə birgə), "Bizans dünyasında ticarət" əsərlərinin redaktoru olub.From Google Books' page on Nevra Necipoğlu, https://books.google.com/books?id=li2hX2RqSlcC&q=Nevra+Necipoglu

Onun tədqiqat maraqlarına Bizansın son dövr sosial və iqtisadi tarixi; Bizans-Osmanlı münasibətləri; Bizansın son dövründə İstanbulun sosial topoqrafiyası; və orta əsrlər Anadolu tarixi daxil idi.From Boğaziçi University's Department of History website, https://hist.boun.edu.tr/people/nevra-necipoglu

Professor Necipoğlu ana dili olan türcədən savayı sərbəst olaraq ingilis dilini bilir. O, həmçinin fransız, alman, Qədim və Bizans yunancasını, latın, Osmanlı türkcəsi və italyan dillərində araşdırmalar apara bilir. O, həm də Bizans yunancası, Osmanlı türkcəsi, orta əsr latın və italyan dillərində paleoqrafik bacarıqlara malikdir.

Təltif və mükafatları 1986–1987 — Dumbarton Oaks Bizans tədqiqatları üzrə Junior Təqaüdü; 1993–1994 — Bizans Tədqiqatları üzrə Dumbarton Oaks Təqaüdü; 1995 — Martin Harrison Memorial təqaüdü, Oksford Universiteti 2002 — Bizans tarixi və sivilizasiyasının mərkəzinin və orta əsrlər Yaxın Şərq, Paris I Pantéon-Sarbonna Universitetinin qonaq alimi. 2008 — Boğaziçi Universitetinin Üstün Araşdırma Mükafatı 2010 — Ransimen Mükafatçıları siyahısına daxil edilib.Curriculum Vitae Nevra Necipoğlu

Biblioqrafiya

Kitabları (müəllif) Byzantium between the Ottomans and the Latins: Politics and Society in the Late Empire (Cambridge: Cambridge University Press, 2009). [Turkish translation forthcoming from Türkiye İş Bankası Kültür Yayınları in 2016]

Kitabları (redaktor) Byzantine Constantinople: Monuments, Topography and Everyday Life, The Medieval Mediterranean vol. 33 (Leiden-Boston-Köln: E. J. Brill, 2001). [Turkish translation forthcoming from Yapı Kredi Yayınları in 2016]. (With Ayla Ödekan and Engin Akyürek) The Byzantine Court: Source of Power and Culture. Papers from the Second International Sevgi Gönül Byzantine Studies Symposium, Istanbul, 21–23 June 2010 (Istanbul: Koç University Press, 2013). (With Paul Magdalino) Trade in Byzantium: Papers from the Third International Sevgi Gönül Byzantine Studies Symposium (Istanbul : Koç University Research Center for Anatolian Civilizations, 2016).From Worldcat, https://www.worldcat.org/title/trade-in-byzantium-papers-from-the-third-international-sevgi-gonul-byzantine-studies-symposium/oclc/1013477151&referer=brief_results

İstinadlar Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Türkiyə tarix akademikləri