Sent-Luk xəstəxanası — ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerləşən keçmiş bir xəstəxana. Sent-Luk Xəstəxanası Kompleksi adlanan Neoqotika üslubunda inşa edilmiş binalar kompleksi 1982-ci ildə ABŞ-ın Tarixi Yerlərin Milli Reyestrinə daxil edilmişdir.

Xəstəxana zamanla ilkin binasından böyüyərək yeni yerə köçdü və nəticədə Çikaqonun böyük xəstəxanalarından biri olan Raş Universiteti Tibb Mərkəzinə çevrildi.

Tarixi right|thumb|Xəstəxana kompleksinin planı

Sent-Luk Xəstəxanası 1864-cü ildə təsis edilmişdir. Sent-Luk Xəstəxanası Tibb Bacıları Məktəbi 1885-ci ildə yaradılmışdır. 1956-cı ildə Sent-Luk Xəstəxanası Presviterian Xəstəxanası ilə birləşərək Presviterian Sent-Luk Xəstəxanası adını aldı. Onların tibb bacıları məktəbləri də birləşərək Presviterian Sent-Luk Xəstəxanası Tibb Bacıları Məktəbini yaratdı.

1969-cu ildə Raş Tibb Kolleci öz nizamnaməsini yenidən aktivləşdirərək Presviterian Sent-Luk Xəstəxanası ilə birləşdi və nəticədə Raş Presviterian Sent-Luk Tibb Mərkəzi yaradıldı. Raş Universiteti hazırda tibb, tibb bacılığı, səhiyyə elmləri və tədqiqat təlimi sahələrini əhatə edən fakültələrdən ibarətdir və 1972-ci ildə təsis edilmişdir. 2003-cü ilin sentyabr ayında müəssisənin adı rəsmi olaraq Raş Universiteti Tibb Mərkəzi olaraq dəyişdirildi.

İstinadlar

Kateqoriya:1864-cü ildə yaradılan xəstəxanalar