Qaraqulaq meşə bildirçini (Odontophorus melanotis) — "Galliformes" dəstəsinə aid quş növü. Yaxın zamana qədər bu növün "Phasianidae" fəsiləsinə aid olduğu düşünülürdü, lakin araşdırmalar yalnız uzaq qohumluq əlaqəsinə malik olduğunu sübut etdi. Nəticə etibarilə, qaraqulaq meşə bildirçini "Odontophoridae" fəsiləsinə və daha dəqiq desək, "Odontophorus" cinsinə aid edilmişdir.
Bu növ haqqında məlumatlar məhduddur, lakin qaraqulaq meşə bildirçini meşəyə uyğunlaşmış, monoqam, nisbətən iri, qırqovula bənzər quşlar olaraq təsvir edilir. Onlar Mərkəzi Amerikanın tropik və subtropik meşələrində yaşayır. Həşərat və meyvə ilə qidalanırlar və tək-tək və ya kiçik qruplarla rast gəlinir.
Təsvir Qaraqulaq meşə bildirçini (Odontophorus melanotis) Mərkəzi Amerikada tapılan bir quş növüdür. Bədəni tünd qəhvəyi və ya qara rəngdədir, döş nahiyəsi isə qırmızımtıldır. Bu quşun ən xarakterik xüsusiyyətləri arasında ləkəsiz şabalıdı rəngli baş və kəkili, qara üz və boğaz nahiyəsi vardır. Qara dimdiyi, mavi-qara ayaqları və göz ətrafında bənövşəyi rəngli çılpaq halqa var. Dişilər erkəklərə bənzəyir, lakin göz ətrafındakı halqa mavi-qara rəngdədir, başın yan tərəfləri daha tünd və şabalıdı rənglər daha solğundur. Qaraqulaq meşə bildirçini, "Rufous-fronted wood quail" (Odontophorus erythrops) ilə çox oxşar görünüşə malikdir, lakin "Rufous-fronted wood quail"in ağ boğaz zolağı var ki, bu xüsusiyyət qaraqulaq meşə bildirçinin də yoxdur. Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1865-ci ildə təsvir edilən quşlar