Marqaret E. Baron (d. 1915 – ö. 16 avqust, 1996) — Britaniyalı riyaziyyatçı, riyaziyyat tarixçisi, hesablama riyaziyyatının tarixi haqqında yazdığı kitabı ilə tanınan alim.

Həyatı Baron əslən Geytsxeddən (Şimali-şərqi İngiltərə) idi və Darem Universitetindən, o zamanlar Kral Kolleci, Nyukasl adlanan və sonradan Nyukasl Universitetinə çevrilən təhsil müəssisəsini bitirib bakalavr dərəcəsinə yiyələnmişdir. O, bir il Frankfurtda ingilis dili müəllimi kimi çalışmış və 1938-ci ildə Bede Qızlar məktəbində riyaziyyat müəllimi olmuşdur. Bu məktəb daha sonra Sanderlend Kollecinin bir hissəsinə çevrildi.

O, məktəbin müvafiq oğlanlar bölməsində müəllim işləyən Corc Baron ilə evləndiyi üçün 1940-cı ildə müəllimlikdən azad edildi. Daha sonra Nyukasl-Tayndakı Kral Qrammatika Məktəbi və Şeffilddəki Ali Storrs Məktəbində işləsə də, sonradan Geytsxeddə ailə quraraq işləməyə ara verdi.

Əri 1946-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra ailəsi ilə birgə Londona köçdü. Nəhayət, Baron yenidən müəllimliyə qayıtdı – əvvəlcə Qoldsmits kollecində, daha sonra isə 1957-ci ildə Stokvell təhsil kollecində riyaziyyat kafedrasının müdiri oldu. Burada işləyərkən 1960-cı ildə hesablama riyaziyyatının tarixi mövzusunda magistr dissertasiyası yazdı və 1965-ci ildə fəlsəfə doktoru dərəcəsini aldı.

O, 1977-ci ildə təqaüdə çıxdı və 16 avqust 1996-cı ildə vəfat etdi.Seltman, Muriel (September 1996), "Margaret Baron 1915–1996", British Society for the History of Mathematics. Newsletter, 11 (2): 32–34, doi:10.1080/09629419608000021

Töhfələri Baronun "Sonsuz kiçik hesablama riyaziyyatının mənşəyi "adlı kitabı ilk dəfə 1969-cu ildə Perqamon nəşriyyatı tərəfindən nəşr olunmuş, 1987-ci ildə isə Dover Books tərəfindən yenidən çap edilmişdir (kitaba çoxlu sayda rəylər verilmişdir Boyer, Carl B. (June 1970), The British Journal for the History of Science, 5 (1): 89–91, doi:10.1017/S0007087400010670, JSTOR 4025358Drake, Stillman (March 1972), Canadian Mathematical Bulletin, 15 (1): 166–168, doi:10.1017/s000843950003143xGrabiner, Judith V. (June 1990), Isis, 81 (2): 346–347, doi:10.1086/355398, JSTOR 233747Hofmann, J. E. (1969), Sudhoffs Archiv (in German), 53 (3): 335, JSTOR 20775776Struik, D. J., Mathematical Reviews, MR 0256815Wallis, P. J. (February 1972), The Mathematical Gazette, 56 (395): 57, doi:10.2307/3613719, JSTOR 3613719Whiteside, D. T., zbMATH, Zbl 0182.30801) Amerika Riyaziyyat Assosiasiyası bu kitabın bakalavr səviyyəsində riyaziyyat kitabxanalarına daxil edilməsini tövsiyə edib."The Origins of the Infinitesimal Calculus (unreviewed listing) ", MAA Reviews, Mathematical Association of America

O, həmçinin riyaziyyat tarixi sahəsində bir neçə digər əsər də yazıb, o cümlədən "Elmi Bioqrafiya Lüğəti" üçün töhfələr verib.

1950-ci illərin əvvəlində o, Riyaziyyat Müəllimləri Assosiasiyasının qurucularından biri olub və riyaziyyat təhsili sahəsində də bir neçə əsərin müəllifidir. Bunlardan biri "İbtidai riyaziyyatda saylar" (1973) adlı kitabdır.

İstinadlar