thumbnail|right|upright=1.2|"Səkkiz ölümsüz dənizi keçir"

Ölümsüzlük () — Daosizmin və Çin ənənəsinin fərqli xüsusiyyəti insanın ölümsüzlüyə çatmaq imkanının olması fikridir.

Ölümsüzlük elminə və ölümsüzlüyə nail olmaq təcrübəsinə həsr olunmuş çoxlu kitablar mövcuddur. Ölümsüzlüyə çatmaq üçün reseptlər min illər ərzində toplanmış və qədim dövrlərə gedib çıxmışdır. Ədəbiyyatda uzunömürlülər və ilahi varlıqlar haqqında şahidliklərə rast gəlmək mümkündür. Ölümsüzlük mövzusu miflərdə və əfsanələrdə əks olunmuşdur, bu sahədə tədqiqatlar çox qədim zamanlardan aparılmışdır, imperatorlar müxtəlif üsullarla ölümsüzlüyə çatmağa çalışmışlar. Xüsusilə, imperator Sin Şi Xuandinin ölümsüzlük axtarışları məşhurdur. Ölümsüzlüyün mahiyyəti və onun dərk edilməsi əsrlər boyunca çox dəyişmişdir. Ölümsüzlük axtarışları Çin təbabətini də irəli aparmış və bu nailiyyətlər indiyə qədər istifadə olunur.

Öncəki tarixi əsaslar Qərbi Çjou dövrünün tunc yazılarında ən populyar xeyir-dua formulu şou () idi. O dövrdə əcdadların ölüm sonrası varlığı bütün nəslə aid idi və onların maraqlarına xidmət edirdi. Lakin Şərqi Çjou dövründə (e.ə. VIII əsrdən başlayaraq) fərdi səylərlə ölümsüzlüyə nail olmaq üçün yeni bir dini "standart" meydana çıxdı və artıq bu, nəsil kultu ilə bağlı deyildi. Ven İdonun fikrincə, bu yeni təcrübə, ölülərin yandırılması ənənəsinə malik olan syan xalqının inanc sistemindən qaynaqlana bilərdi. Çünki bu cür dəfn adətləri Orta Krallığın (Çinin) sakinlərinə xas deyildi.

Ölümsüzlüyə nail olmaq tarixi şəxsiyyətlərə retrospektiv şəkildə aid edilirdi. Məsələn, daoist əfsanələrdə məşhur bir fiqur kimi Şərqi Çjou şahzadəsi Vantszı Tsyao (王子喬) tanınır. Diqqətçəkən məqam budur ki, Tsay Yun onu ümumiyyətlə tarixi şəxsiyyət kimi görmür, əksinə, onun "kamilləşmiş insan" (ölümsüzlük statusu) olduğunu, lakin hansı dövrdə yaşadığının məlum olmadığını bildirirdi.

İstinadlar

Ədəbiyyat Akahori, Akira. 1989. "Drug Taking and Immortality", in Taoist Meditation and Longevity Techniques, ed. Livia Kohn. Ann Arbor: University of Michigan, pp. 73–98. . Blofeld, John. 1978. Taoism: The Road to Immortality. Boston: Shambhala. .

DeWoskin, Kenneth. 1990. "Xian Descended: Narrating Xian among Mortals." Taoist Resources 1.2:21–27.

Robinet, Isabel. 1986. "The Taoist Immortal: Jesters of Light and Shadow, Heaven and Earth". Journal of Chinese Religions 13/14:87–106.

Wong, Eva. 2000. The Tao of Health, Longevity, and Immortality: The Teachings of Immortals Chung and Lü. Boston: Shambhala.

Xarici keçidlər

"Transcendence and Immortality", Russell Kirkland, The Encyclopedia of Taoism Chapter Seven: Later Daoism, Gregory Smits, Topics in Premodern Chinese History Xian, Encyclopedia of Religion

Kateqoriya:Ölümsüzlük Kateqoriya:Çin dilində sözlər və ifadələr Kateqoriya:Çin mifologiyası